XƏBƏRLƏR
MƏLUMAT
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
ÜMÜMİ XƏBƏRLƏR
23/02/2024 14:02

Dünyada məşhur olan “TikTok” videoməzmun sosial media platforması Mədəniyyət Nazirliyinin dəstəyi ilə "#TikTokdanÖyrən" təşəbbüsünü təqdim edir.  

"#TikTokdanÖyrən" layihəsi fevralın 21-dən aprelin 21-dək davam edəcək. 

Layihə çərçivəsində layihəyə qoşulan hər bir mədəniyyət müəssisəsi "#TikTokDanÖyrən" həştəqindən istifadə edərək ən azı bir maarifləndirici video öz hesablarında yerləşdirməlidirlər. Qaliblər aprelin 30-dək layihənin "TikTok" hesabında elan olunacaq. 

Məqsəd Azərbaycanda təhsil məzmununun inkişafına dəstək vermək və ölkənin hər bir bölgəsindən olan istifadəçilərə rahat və maraqlı qısa video formatında bilikləri bölüşmək, həmçinin yeni məlumatlar öyrətmək və öz üfüqlərini genişləndirmək imkanı yaratmaqdır.

Qeyd edək ki, bu təşəbbüs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənib və layihədə Azərbaycanın aparıcı mədəniyyət müəssisələrinin, o cümlədən muzeylər və teatrların iştirak nəzərdə tutulub. 

Layihəyə qoşulan Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyalarının eksponatlarını və Azərbaycan Milli İncəsənət Muzeyi sərgilərini nümayiş etdirir, Azərbaycan Milli Xalça Muzeyi qısa virtual turlar təşkil edir, həmçinin Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tamaşaların necə ərsəyə gətirilməsi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorların məşq prosesi və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyorların tamaşaya hazırlıq prosesi barədə məlumatlar təqdim edirlər.

 

Baxış sayı: 222