XƏBƏRLƏR
MƏLUMAT
"Tarix heçnəyi silmir" adlı rəsm sərgisi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2023 03:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Tarix heçnəyi silmir" adlı rəsm sərgisi nümayiş olunub.

Gənc rəssamlar ilk olaraq Mərkəzin muzey bölməsində Ulu Öndərin büstünü ziyarət ediblər.

Sonra Ümummilli Liderin bütün fəaliyyəti dövründə rəssamlara və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışılıb, gənc rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sərgidə həmçinin "Azərbaycan İncəsənətində Heydər Əliyev obrazı" adlı məruzə dinlənilib, rəssamlıq və heykəltəraşlıq əsərlərində yer alan Heydər Əliyev obrazından söhbət açılıb.

Tədbirin bədii hissəsində müxtəlif rəqslər ifa olunub, şeirlər səsləndirilib.

Sonda qonaqlar tərəfindən sərgiyə baxış keçirilib.

Baxış sayı: 314