XƏBƏRLƏR
MƏLUMAT
Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin növbəti uğurları
ÜMÜMİ XƏBƏRLƏR
02/06/2023 03:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri növbəti uğurlara imza atıblar.

Qazaxıstanda onlayn keçirilən “Europe – Asia Festival” ll Beynəlxalq İncəsənət müsabiqə-festivalında musiqi məktəbinin Vl sinif şagirdi Xədicə Əhmədova (müəllim: Nərminə Əliyeva) fortepiano ixtisası üzrə 11-13 yaş kateqoriyasında uğurla çıxış edərək l dərəcəli diploma və lll sinif şagirdi Cemre Biter (müəllim: Nərminə Əliyeva) fortepiano ixtisası, 8-10 yaş kateqoriyasında ll dərəcəli diplomla təltif olunaraq laureat adına layiq görülüblər.

Həmçinin musiqi məktəbinin lV sinif şagirdi Mələk Məstiyeva (müəllim: Əsgərova Mehriban)  Qazaxıstanda onlayn keçirilən “DIVERTI MENTO” adlı ll Beynəlxalq pianoçu və orqan ifaçıları müsabiqəsində fortepiano ixtisası 11-13 yaş kateqoriyası üzrə uğurla çıxış edərək l dərəcəli diplomla təltif olunub laureat adına layiq görülüb.

Baxış sayı: 407