XƏBƏRLƏR
MƏLUMAT
Şuşada “Şuşanın səsi - Azərbaycanın səsi” adlı konfrans keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/04/2024 15:55

Şuşa şəhərində Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının “Səsin tədqiqi elmi laboratoriyası” və “Azerbaijan Voice Orqanization-LLC”nin birgə layihəsi olan “Şuşanın səsi - Azərbaycanın səsi 2” adlı elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir 16 Aprel - Ümumdünya Səs Gününə həsr olunub.

Konfransda Azərbaycan muğam ifaçılarının səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi, “Şuşanın təbiəti, səsləri və oxuma mədəniyyəti”, “Qarabağ xanəndəlik sənətinə dair bəzi mülahizələr” və “Azərbaycan muğam xanəndəlik sənəti foniatrik tədqiqatlarda” mövzusunda elmi məruzələr dinlənilib.

Tədbirin bədii hissəsində Sədəf Budaqova və Gülzar Fərəcovanın ifasında musiqi nömrələri səsləndirilib.

Baxış sayı: 177