XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-də şeir müsabiqəsinin yekun turu keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2023 17:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq şairi Cabir Novruzun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin yekun turu keçirilib.

Müsabiqədə Bakı şəhərinin 12 rayonu üzrə keçirilən seçimdə fərqlənən məktəblilər iştirak ediblər.

İştirakçıların çıxışları seçdikləri əsərlərin mətni, ifadə tərzlərinin obrazlılğı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirilib və hər bir iştirakçı münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.

Müsabiqədə iştirak edən hər bir məktəbli Baş İdarənin Fəxri Fərmanı, münsiflər heyətinin ümumi qərarına əsasən fərqlənən qaliblər isə Diplomla təltif olunacaqlar.

Qeyd edək ki, şeir müsabiqəsinə oktyabr ayında start verilib.

Baxış sayı: 322