XƏBƏRLƏR
MƏLUMAT
Respublika Gənclər Kitabxanası “Xocalı faciəsi ədəbiyyatda”- Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr edilmiş şeir müsabiqəsi elan edib
ÜMÜMİ XƏBƏRLƏR
16/02/2021 06:05

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 15-27 fevral tarixlərinədək 16-35 yaşarası gənclər arasında "Xocalı faciəsi ədəbiyyatda" - Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr edilmiş şeir  müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 27 fevral tarixinədək Xocalı faciəsi mövzusunda yazılmış şeirlərdən birinin  səsləndirilmiş video yazısını (şeir müsabiqə iştirakçısı tərəfindən səsləndirilməlidir) kitabxananın email ünvanına ([email protected]) və ya sosial şəbəkə səhifələrinə təqdim etməlidirlər

Təqdim olunan şeir qiraət videoları kitabxananın İnstagram və Facebook səhifələrində yerləşdiriləcək. Qaliblər onlayn səs çoxluğu əsasında ("Bəyənmə" sayına görə) müəyyən ediləcək. Qalib iki nəfər seçiləcək və kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaq.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən həyata keçirilən "Xocalı faciəsi ədəbiyyatda" - Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr edilmiş şeir müsabiqəsinə göndərilən materiallar ilə kitabxananın aşağıda qeyd olunmuş İnstaqram və Facebook səhifələri vasitəsilə tanış ola biləcəksiniz:

https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana?igshid=nndqfexh28sb

https://www.facebook.com/profile.php?id=100011349961279

Baxış sayı: 144