XƏBƏRLƏR
MƏLUMAT
Respublika Gənclər Kitabxanası həkim-psixoterapevt, klinik psixoloq Əli Nağıyev ilə evdən canlı görüş keçirib
ÜMÜMİ XƏBƏRLƏR
09/05/2020 08:42

Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar müvəffəqiyyətlə davam edir. Növbəti belə görüş mayın 8-də həkim-psixoterapevt, klinik psixoloq Əli Nağıyevilə keçirilib. Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən canlıya 562 nəfər izləyici qatılıb.

Qonaq ilk növbədə 8 may tarixinin Şuşa rayonunun işğal günü olmasını qeyd edib və Şuşa ilə bağlı xatirələrini və arzularını dilə gətirib. Sonradan Əli müəllim psixoterapiya, psixiatriya və psixologiya terminləri haqqında danışıb, onların tərifini verərək, bu anlayışlar arasında olan fərqi izləyicilərin diqqətinə çatdırıb. Həmçinin qonaq müasir ailələrdə yaşanan psixoloji problemlərdən, uşaq tərbiyəsində zəruri olan aspektlərdən, ehtiyac yarandıqda ailə terapiyalarının keçirilməsi zəruriyyətindən də söhbət açıb.

Qonaq canlı yayım zamanı istifadəçilərin sualları ilə yanaşı, müsahibəni aparan kitabxananın Hüquq-informasiya şöbəsinin müdiri Günay Həsənovanın da suallarını cavablandırıb. Canlı yayım zamanı yuxu problemi, təlaş, posttravmatik pozuntular və s. mövzular ətrafında maraqlı müzakirələr aparılıb.

Sonda qonaq Əli Nağıyev bu cür canlı yayımların keçirilməsi zəruriyyətini vurğulayıb və Respublika Gənclər Kitabxanasına və izləyicilərə öz minnətdarlığını bildirib.

Baxış sayı: 1550