XƏBƏRLƏR
MƏLUMAT
R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbi hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
24/05/2023 02:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbi Bakı Musiqi Akademiyasında hesabat konserti təqdim edib.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsertdə ilk olaraq məktəbin müəllimlərindən və şagirdlərindən ibarət birləşmiş xoru Azərbaycan Respublikasının Dövlət Himni ilə çıxış ediblər.

Sonra məktəbin simfonik orkestri, truba ansamblı, müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici bəstəkarların əsərlərini müxtəlif musiqi alətlərində səsləndiriblər.

Baxış sayı: 365