XƏBƏRLƏR
MƏLUMAT
"Qəlblərdə yaşayan dahi" adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
21/12/2023 16:32

Dekabrın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi  Azərbaycan Milli İncəsənət Muzeyində  Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Qəlblərdə yaşayan dahi" adlı konsert təşkil edib.

Konsertin əvvəlində bildirilib ki, Azərbaycanın öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmasında Ümummilli lider Heydər Əliyevin mühüm rolu olub.

Sonra konsert proqramı təqdim edilib. Konsertdə məktəbin şagirdlərinin ifasında Azərbaycan va xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Baxış sayı: 235