XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində bilik yarışması təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
26/07/2023 06:40

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Güclü dövlət, güclü cəmiyyət, sağlam nəsil” mövzusunda bilik yarışması təşkil edilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bilik yarışında iştirakçılar qaydalarla tanış edildikdən sonra oyuna start verilib. Yarışma Milli mənəvi dəyərlər və bədən tərbiyəsi, idman sahəsini əhatə edən suallar əsasında aparılıb.

İntellektual yarışın qalibləri diplom və medallarla təltif olunublar.

Baxış sayı: 285