XƏBƏRLƏR
MƏLUMAT
Pantomima Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş edilib
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2024 09:18

Martın 30-da Azərbaycan Dövlət Pantomima Teatrında dünyaşöhrətli dramaturq Uilyam Şekspirin “Romeo və Cülyetta” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, plastik portret janrında qurulan tamaşada rolları Əməkdar artistlər Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nargilə Qəribova və digər aktyorlar ifa ediblər.

Səhnə əsəri əsasən ölüm və həyatın mübarizəsi üzərində qurulub.

Canlandırılan hadisələr sözügedən iki məhvumun vuruşması üçün yaradılan döyüş meydanında cərəyan edb.

“Romeo və Cülyetta”nın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ceyhun Dadaşov, rəssamı isə Xəyyam Səmədovdur.

Baxış sayı: 189