XƏBƏRLƏR
MƏLUMAT
“Ölkəmizdə ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin xidməti” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2024 09:50

Mayın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ölkəmizdə ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin xidməti” adlı dəyirmi masa keçirilib.

Çıxışlar zamanı bildirilib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülüb. Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır.

Həmçinin, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, ekoloji maariflənmə və təbliğat, ekoloji savadın artırılması yönündə Suraxanı rayon Heydər Əliyev Mərkəzində aparılan işlər, keçirilən tədbir və yaşıllaşdırma aksiyaları barədə məlumat verilib.

Sonda qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 180