XƏBƏRLƏR
MƏLUMAT
Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında olan “Fitnə” nağılı səsləndirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/07/2021 05:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşı Aytən Məmmədova  böyük  şair,  dahi  mütəfəkkir  Nizami Gəncəvinin “Xəmsə”sinin incilərindən biri olan “Yeddi gözəl” poeması əsasında yazılan “Fitnə” nağılını səsləndirib.  

Kitabxanaçı səsləndirdiyi  nağılda  Fitnənin şücaətindən onun dözümündən və sədaqətindən  bəhs edir. Sadə bir kənizin şaha  ibrət  dərsi  olacaq  hünəri, sonda  ona  necə  böyük  məhəbbət və hörmət  bəslənməsi  oxucuların  diqqətinə  çatdırılır.

Kitabxananın əməkdaşı həmçinin Nizami Gəncəvinin  cəsarətli  qadın obrazını “Yeddi gözəl” poemasında məhz Fitnənin simasında  canlandırmasından, Fitnə xarakterinin sadəliyi  təmsil  etməklə yanaşı, insan zəhmətinin iradəsinin  ağıl və zəkasının gücünü sübut edən ən mükəmməl obrazlardan biri olmasından söhbət açır.

Təqdim olunan videoçarxda  Nizami Gəncəvi  və onun “Yeddi gözəl” poemasından olan Fitnə  xarakterinin və novella əsasında çəkilən filminin fotoları yer alıb.

Kiçik yaşlı oxucular  üçün səsləndirilən nağıl  kitabxananın sosial  şəbəkə səhifələrində  paylaşılıb. 

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz.

https://www.instagram.com/p/CRMZN4lBv4S/

Baxış sayı: 598