
Hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində də öz təsdiqini tapır.
Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevriliblər. Belə sənətkarlıq nümunələrindən sayılan dulusçuluq Azərbaycanda ən qədim istehsal sahələrindən biri sayılmaqla, öz əhəmiyyətini nəinki qoruyub saxlayıb, hətta bəşər mədəniyyəti inciləri sırasına qəbul edilib. Aparılan arxeoloji tədqiqatlar təsdiqləyib ki, dulusçuluq neolit dövrünün yadigarıdır.
Maraqlıdır ki, bu sənətin ilk dəfə meydana gəlməsində qadınların xüsusi əməyi olub. Bu işlə əvvəllər qadınlar məşğul olublar. Gildən qab-qacaq düzəltmək kimi ağır işlərin qadınlar tərəfindən görülməsi o dövrlər üçün adi hal sayıla bilərdi.
Daha sonralar texniki nailiyyətlər nəticəsində bu sahə inkişaf edərək müstəqil sənət sahəsinə çevrilib. “Azərbaycan etnoqrafiyası” ensiklopediyasından və bu sahəyə aid digər müəllif yazılarından məlum olur ki, orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda dulusçuluğun inkişafı daha da sürətlənib. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq məmulatlarının çeşidinin artmasına, həmçinin dulusçuluq mərkəzlərinin yaranmasına gətirib çıxarıb. Dulusçuluq məmulatlarına olan tələbat saxsı qabların istehsalı üçün də əlverişli şərait yaradıb. Həmin dövrlərdə saxsı qabların geniş yayılması Azərbaycanın, demək olar ki, bütün vilayətlərini əhatə edib. Arxeoloji qazıntılar zamanı aşkar edilən şirsiz və şirli qablar bu sahədə istehsalın yüksək səviyyədə olduğuna dəlalət edir. Beyləqan ərazisində tapılan materiallar da buna sübutdur.
XVIII əsrin sonu XIX əsrin əvvəllərində dulusçuluq istehsalında məişət keramikası sahəsi daha çox inkişaf edib. Dulusçular əsasən məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Bunlara su qabları, yemək üçün qablar və s. aid idi. Məişətdə istifadə edilən dulusçuluq məmulatları öz təyinatlarına görə bir neçə qrupa bölünüblər. Su qablarının bir neçə növü olub. Bu növlər sırasına səhəng, cürdək, bardaq, kuzə və s. daxil idi. Suyu saxlamaq və istifadə etmək üçün küp, sürahi, dolça, parç hazırlanıb. Yuyunmaq və dəstəmaz almaq üçün də müxtəlif saxsı qablar istehsal edilib. Ümumilikdə isə dulusçular hər növ qab-qacaq istehsal etməyi bacarıblar.
Azərbaycan sənətkarlıq tarixində dulusçuluq və saxsı qablar istehsalı haqqında məlumata ən çox Naxçıvan xanlığının tarixində rast gəlmək olur. Tarixi mənbələrdə Naxçıvan hakimi Ehsan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyəti haqqında məlumatlar var. Şamaxı, Ərdəbil, Təbriz, Gəncə və s. şəhərlərdə də saxsı qablar istehsal edilib. Şəki xanlığının bir çox qəsəbələrində, xüsusilə Nuxada gil qablar hazırlanıb.
Dulusçuluq sənəti Bakıda da inkişaf edib. Şəhər ətrafı gil yataqları ilə zəngin olduğundan, burada saxsı qab istehsalı üçün əlverişli şərait yaradıb. Bakı ərazisində XVII əsrə aid çoxlu sayda kasa, boşqab və s. məmulatlar tapılıb ki, bunların da yerli istehsala aid olduğu zənn edilir. Eyni zamanda Təbriz və Ərdəbil dulusçuluq mərkəzləri kimi tanınıb. Bu şəhərlərin ərazisi də gil yataqları ilə zəngin idi.
Saxsı qablar istehsalı ilə daha çox kəndlərdə məşğul olublar. Bu istehsal həm də geniş satış üçün nəzərdə tutulurdu. Dulusçuluq məmulatları içərisində əsasən səhəng və küplərin istehsalı üstünlük təşkil edib. Bu qablara tələbat həmişə çox olub. Zaman keçdikcə mis və şüşə qabların məişətə daxil olması saxsını sıxışdırıb aradan çıxarıb. Müasir dövrdə isə dulusçuluq üç istiqamətdə inkişaf edir: tikinti kərpici istehsalı, müxtəlif gil qablar (kafel, saxsı boru), saxsı və çini məmulatlar istehsalı.
Saxsı qabın hazırlanması bir neçə mərhələdən ibarətdir. Əvvəlcə gil əllə yaxşıca yoğurulur. Bu işi palçıq ustası yerinə yetirir. Proses iki-üç saatadək davam edir. Yoğurulmuş gil kiçik kündələrə ayrılır. Daha sonra palçıq kündə ayaqla fırladılan çarxın üzərinə qoyulur və usta ovcunun, əl barmaqlarının köməyi ilə gil parçasını saxsı qaba çevirir. Zövqə uyğun olaraq bu qablara müxtəlif forma vermək, kənarlarına naxış vurmaq mümkündür. Hazırlanmış saxsı qablar bir neçə gün qurudulduqdan sonra kürədə bişirilmək üçün yığılır. Böyük ölçüləri olan kürəni ildə 4-5 dəfə, yəni hər 2-3 aydan bir yandırırlar. Az sayda saxsı qab bişirmək üçün kürəni tez-tez qızdırmağa dəyməz. Çünki kürənin qızdırılmasına xeyli quru odun sərf olunur. Buna görə də dulusçular çalışırlar ki, 2-3 ay müddətinə tələbata, həm də sifarişə uyğun sayda qab hazırlasınlar.

- 16:03 Bursada “Azərbaycan günləri” keçiriləcək
- 14:43 “Zəfər salnaməmiz” adlı tədbir keçirilib
- 12:37 Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə tanıdılır
- 10:53 Musiqi məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qeydiyyat müddəti uzadılıb
- 09:17 Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edəcək
- 17:32 Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunacaq
- 14:51 “Uğura Gedən Yol Əngəl Tanımır” adlı tədbir keçiriləcək
- 14:33 Azərbaycan 16-cı Yörük Türkmən Festivalında təmsil olunub
- 12:28 Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib
- 09:35 “Tərsinə kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film Festivalında iştirak edir
- 09:27 Reza Deqati Çində beynəlxalq tədbirdə Qarabağ həqiqətlərini dünyaya çatdırıb
- 16:59 Yeni qısametrajlı melodram – “Şarlotta”
- 11:03 Bu gün görkəmli tarzən Sadıqcanın doğum günüdür
- 11:00 R.Babayev adına 25 nömrəli 11 illik Musiqi Məktəbinin növbəti uğuru
- 09:23 Azərbaycan Haaqada keçirilən beynəlxalq festivalda təmsil olunub
- 09:19 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi keçirilib
- 09:17 İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaqlar
- 09:49 Əməkdar artist Elza Seyidcahanın konserti keçirilib
- 12:19 “Muzeydə musiqi” layihəsi çərçivəsində yeni mövsüm Teymur Kazımovun solo konserti ilə açılıb
- 10:48 Bu gün Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur
- 16:52 Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək
- 15:32 “Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edilib
- 14:16 Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 11:43 Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılacaq
- 09:52 “Yağışı sevməyən uşaq” adlı tamaşa nümayiş olunub
- 09:24 “Şərəf” ordeni Xalq artisti Afaq Bəşirqızına təqdim olunub
- 09:20 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub
- 09:11 Azərbaycan Milli Kitabxanasına Mərakeş mədəniyyətini əks etdirən kitablar təqdim ediləcək
- 15:02 “Nağıl günü” adlı tədbir keçirilib
- 14:36 Azərbaycanlı artistlər Karaqandada keçiriləcək “DosStar” festivalında çıxış edəcəklər
- 14:19 "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası Türkiyədə səhnələşdiriləcək
- 11:36 Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
- 10:54 Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması münasibətilə görüş keçirilib
- 09:53 Bu gün görkəmli aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür
- 14:22 Bakıda İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək
- 12:20 Gənclər Kitabxanasında “Akademik Yusif Məmmədəliyev – 120” adlı elektron məlumat bazası hazırlanıb
- 09:18 Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək
- 09:13 Bakı və Şamaxıda Nəsimi festivalına hazırlıqlar başlayıb
- 12:30 Film layihələrinin pitçinq mərhələsinə start verilir
- 12:13 Suraxanı rayon Heydər Əliyev Mərkəzini rayon sakinləri ziyarət ediblər
- 11:45 Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür
- 00:09 Gənc müğənnilər Səbinə Əskərova və Sənan Əliyevin konserti keçirilib
- 16:46 Xətai rayonunda II Kəlağayı Festivalı təşkil olunacaq
- 14:36 “Balaca qəlblərlə böyük irsə səyahət” adlı tədbir keçirilib
- 14:30 Mədəniyyət naziri Şəmkirdə dörd rayondan sakinlərin müraciətlərini dinləyib
- 10:41 Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür
- 10:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:03 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:35 “Sierra” avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi ilə bağlı onlayn görüş
- 15:50 “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin keşiyində” adlı dəyirmi masa keçirilib
- 15:06 Gənclər Kitabxanasında yazıçı Əlibala Hacızadənin xatirəsi anılıb
- 14:04 Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub
- 12:41 Kino Agentliyində növbəti görüş
- 12:05 Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasından 90 il ötür
- 09:19 “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində ustad dərsləri təşkil olunub
- 09:17 Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
- 12:18 Bu gün Xalq artisti Tofiq Tağızadənin vəfatından 27 il ötür
- 12:04 Azərbaycanlı operatorlar “Qızıl göz” festivalına dəvət olunub
- 12:01 Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı
- 11:16 Bu gün dramaturq Seyfəddin Dağlının doğum günüdür