XƏBƏRLƏR
MƏLUMAT
“Müasir Azərbaycan Dövlətinin müəllifi və banisi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/12/2023 10:19

Dekabr 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində “Müasir Azərbaycan Dövlətinin müəllifi və banisi” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib, Heydər Əliyevin böyük həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs ediblər, 195, 223 və 321 nömrəli tam orta məktəblərin şagirdləri isə şeirlər səsləndiriblər.

Baxış sayı: 316