XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2024 16:42

Gözəl mənzərəli Mərdəkan qəsəbəsində “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı tərəfindən “Açıq səma altında” pleneri keçirilib. Layihənin rəhbəri Dadaş Məmmədov qeyd edib ki, bu interaktiv yaradıcılıq tədbiri istedadlıq gənclərin dəstəklənməsinə yönəlib və onların özünütəkmilləşdirməsi, sərbəst təcrübə mübadiləsi üçün platformaya çevrilib.

AZƏRTAC xəbər verir ki, səhər saatlarından həm gənc rəssamların, həm də yaşlı nəslin ustadlarının da olduğu plener iştirakçıları açıq səma altında çalışıblar. Təşkilatçıların bildirdiyinə görə, bu tədbirin məqsədi təbii işıqda və havanın ətirli atmosferində kətanla ünsiyyət qurmaq üçün sadə bir fürsət olmayıb. Həmçinin rəssamlara açıq səma altında, təmiz havada yaradılan sənət əsərinin ətraf aləmin unikal nüanslarını özündə cəmləşdirdiyi imkan təklif olunurdu.

Plenerdə aşağıdakı sənətçilər iştirak ediblər: Röya Həsən, Gündüz Hunlar, Elşən İbrahimov, Ləman Nağıyeva, Mələk Abbaszadə, Ləman Hacıyeva, Hüseyn Kəngərli, Ruslan Rüstəmov, Təranə Əliyeva, Sürəyya Məmmədli, Nigar Əliyeva, Məryəm Qibləyeva, Afaq Əkbər, Nailə Məhərrəmova.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının vurğuladığı kimi, plener ustadların özünü təkmilləşdirmə forması kimi gənclərə və yaradıcı ziyalılara dəstək məqsədilə həyata keçirilir.

Baxış sayı: 259