XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/08/2023 05:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra tədbirdə çıxış edənlər bildiriblər ki, Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.

Tədbirin bədii hissəsində rəqslər nümayiş olunub, mövzu ilə bağlı şeirlər və mahnı səsləndirilib, kompozisiya təqdim olunub.

Baxış sayı: 289