Azərbaycanın CBC telekanalının “İrəvanın gizli irsi” sənədli filmi nüfuzlu beynəlxalq “International Indie Film & Screenplay” (IIFSF) festivalının yarımfinalına vəsiqə qazanıb. Bu festival Böyük Britaniyanın Qlazqo şəhərində hər il keçirilən, bədii, sənədli və qısametrajlı film janrlarında ən yaxşı işləri bir araya gətirən nüfuzlu tədbirdir. Festival dünyanın müxtəlif ölkələrindən müstəqil kinorejissorlar və ssenaristlər üçün platforma təqdim edərək, onlara işlərini daha geniş auditoriyaya və sənaye peşəkarlarına təqdim etmək imkanı verir. IIFSF kino sahəsində təcrübə mübadiləsini və beynəlxalq əməkdaşlığın inkişafını təşviq etmək üçün film nümayişləri və ustad dərsləri təşkil edir. Festival dünyanın hər yerindən filmləri IMDb mükafatlarına namizəd olan yaradıcılar üçün platforma təqdim edir. Festivalın münsiflər heyətinə dünyaşöhrətli kino sənayesi ulduzları, o cümlədən dördqat Qremmi mükafatı laureatı Denni Qlover və üçqat Oskar laureatı Cim Raycel kimi ustalar daxildir.
AZƏRTAC xəbər verir ki, “İrəvanın gizli irsi” filmi erməni tarixinin az tanınan səhifələrinə, İrəvanda Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinə həsr olunub. Filmdə nadir arxiv kadrları, yerli sakinlərlə müsahibələr və Təpəbaşı məscidi, Göy məscid və Pənah xanın oğlu Əli xanın evi kimi tarixi yerlərin hazırkı vəziyyəti ilə bağlı kadrlar yer alıb. Film mədəniyyət abidələrinin dağıdılmasının miqyasını nümayiş etdirir və tarixi yaddaşın qorunub saxlanmasına çağırır.
Filmin beynəlxalq platformalarda tanınması münaqişə zonalarında mədəniyyət abidələrinin dağıdılması məsələsini qlobal səviyyəyə qaldırır, diqqəti gələcək nəsillər üçün tarixi irsin qorunmasının zəruriliyinə yönəldir. “İrəvanın gizli irsi”nin festivalın yarımfinalına təqdim olunması filmdə qaldırılan mövzunun dünya ictimaiyyəti üçün əhəmiyyətini vurğulamaqla yanaşı, Azərbaycan kinematoqrafçılarının yüksək peşəkarlığını və məharətini bir daha təsdiqləyir. Onlar üçün bu film sadəcə keçmişin salnaməsi deyil, həm də ədalətin bərpasına və dünya tarixinin bir hissəsi olan mədəni irsin qorunub saxlanmasına çağırışdır.
“İrəvanın gizli irsi”nin “International Indie Film & Screenplay” festivalında yarımfinala çıxması filmin ilk uğuru deyil. 2024-cü ildə müəllif və ssenarist Elşən Rüstəmovun bu əsəri, həmçinin Amsterdamda keçirilən nüfuzlu “Around International” Film Festivalın finalçısı olub. Bundan əlavə, Los-Ancelesdə keçirilən beynəlxalq qısametrajlı filmlər festivalında IndieX Film Fest-də ABŞ, Meksika və Hindistandan olan digər festival iddiaçılarını qabaqlayaraq “İrəvanın gizli irsi” “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında qalib olub, həmçinin CBC telekanalının sənədli filmlər üzrə redaktoru Elnarə Məmmədova həmin festivalda “Ən yaxşı montaj” nominasiyası üzrə mükafata layiq görülüb.
- 12:32 Azərbaycan Kəlağayısı Gününə dəyərli töhfə
- 10:50 Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzləri üzrə xüsusi müsabiqənin müsahibə mərhələsi elan edilir
- 09:41 Bakı Beynəlxalq İncəsənət Festivalının bağlanış mərasimi keçirilib
- 09:39 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günüdür
- 09:12 ABŞ-ın San Dieqo şəhərində Azərbaycan-Amerika dostluq konserti təşkil olunub
- 17:30 Yeni tədris ilindən incəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq
- 17:22 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 17:14 “17 Noyabr - xalqımızın milli azadlıq hərəkatının başlanğıc günü” mövzusunda tədbir keçirilib
- 14:47 Mədəniyyət naziri Daşkənddə keçirilən “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqresdə iştirak edir
- 14:37 Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 11:57 “Suveren ölkənin gəncləri” adlı tədbir keçirilib
- 09:43 “Kamera musiqisi axşamı” adlı konsert keçirilib
- 09:08 Azərbaycan Milli Kitabxanası Özbəkistanda keçirilən Beynəlxalq Konqresdə təmsil olunur
- 16:02 Azərbaycan ilk dəfə Vyana Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 15:26 "Sağlam gələcək naminə, narkomaniyaya yox deyək" adlı tədbir keçirilib
- 15:11 Suraxanı rayon Heydər Əliyev Mərkəzi açıq dərs təşkil edib
- 14:30 Aşıq Dirili Qurbaninin və Aşıq Ələsgərin yubileyləri UNESCO-nun 2026–2027-ci illər Yubileylər Proqramına daxil edilib
- 11:07 “Əsas qanunumuz-Müstəqil Dövlətimizin təminatıdır” mövzusunda dəyirmi masa keçirilib
- 09:03 Dünyanın aparıcı caz portalında “Baku Jazz Festival-2025” haqqında məqalə yayımlanıb
- 17:34 Bakıda Uşaq Junior Liqasının oyunlarına start verilib
- 15:37 “Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir” mövzusunda seminar keçirilib
- 15:32 Şəhid analarının iştirakı ilə görüş keçirilib
- 14:55 Ölkəmiz Almaniyada beynəlxalq incəsənət sərgisində təmsil olunub
- 11:56 Milli Kitabxanada Konstitusiya Günü münasibətilə sərgi açılıb
- 11:47 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:45 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
- 09:34 Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsinin açılışı olub
- 18:45 Bakı Uşaq və Gənclər Teatrı Horadiz şəhərində
- 11:45 Baş İdarə Zəfər Gününə həsr olunmuş konsert keçirib
- 11:27 “5 illik Zəfər Səlnaməsi” adlı tədbir keçirilib
- 22:14 “Şanlı Zəfər tariximiz” adlı konsert keçirilib
- 16:14 Prezident Kitabxanasında Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib
- 15:36 “44 gün 23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub
- 14:07 Minlərlə insanın toxuduğu Qarabağ “Çələbi” xalçası Şuşa Xalça muzeyinə təhvil verilib
- 13:26 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi Zəfər Gününə həsr olunmuş konsertdə çıxış edib
- 12:18 Milli Kitabxanada Şuşa Şəhəri Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb
- 10:46 “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu” adlı elmi-praktik seminar keçirilib
- 09:19 “İki Qəlbin Avazında” – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
- 16:36 "Qalib Azərbaycanım" adlı bayram tədbiri keçirilib
- 15:08 Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan incəsənət xəzinəsi” adlı yeni daimi ekspozisiyanın açılışı olub
- 12:44 “Mən orada idim” kitabının təqdimatı keçirilib
- 11:39 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
- 09:25 Azərbaycan Milli Xalça Muzeyi ilə Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb
- 09:18 “İRS-Heritage” jurnalının ingilis dilində növbəti sayı işıq üzü görüb
- 09:12 Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunub
- 16:51 “Tarixdə yaşayan Qələbə!” adlı tədbir keçirilib
- 16:20 Səma Muğannanın “Həyatımdan parçalar” adlı yeni kitabının təqdimatı keçirilib
- 15:51 Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub
- 15:45 “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib
- 15:06 "Güc birlikdədir" adlı konsert keçirilib
- 14:36 “Həqiqətin gözü” – Antalyada Reza Deqatinin yarıməsrlik sənət yolunun təqdimatı
- 11:38 “Mənim dövlətim, mənim hüququm, mənim zəfərim” adlı rəsm sərgisi keçirilib
- 11:25 "Zəfər günümüz, qürur günümüz" adlı şeir müsabiqəsi keçirilib
- 09:05 Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı təqdim olunub
- 15:58 “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu”
- 12:30 Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 10:53 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin şəhər üzrə yekun turu keçirilib
- 10:21 Azərbaycan incəsənət nümayəndələrinin Antalyada konsert proqramı keçirilib
- 10:09 Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub
- 08:58 UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib