
Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. O, hələ erkən yaşlarından musiqilə maraqlanıb və musiqi məktəbində - truba nəfəsli alət sinfini bitirib.
Albert Suraxanı rayonundakı 154 nömrəli məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər ailəsinə kömək etmək üçün işləyib. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönüb, Suraxanıda maşınqayırma zavodunda işləyib.
Qarabağ müharibəsi başlayarkən Aqarunovun evə gələrək cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi ailəsində ani çaşqınlıq yaradıb. Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamayıb. Ailəsi bu yaşda Aqarunovun həyatını riskə atmasını istəməyib və dolayı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollanıb.
Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb.
1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan “fəxri” erməni bayrağı verilib. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir. Ermənilər Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.
Aqarunov 1992-cu ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.
Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub.
2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib. 2019-cu ildə Bakının Nərimanov rayonunda ona heykəl qoyulub.
- 14:22 Bakıda İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək
- 12:20 Gənclər Kitabxanasında “Akademik Yusif Məmmədəliyev – 120” adlı elektron məlumat bazası hazırlanıb
- 09:18 Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək
- 09:13 Bakı və Şamaxıda Nəsimi festivalına hazırlıqlar başlayıb
- 12:30 Film layihələrinin pitçinq mərhələsinə start verilir
- 12:13 Suraxanı rayon Heydər Əliyev Mərkəzini rayon sakinləri ziyarət ediblər
- 11:45 Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür
- 00:09 Gənc müğənnilər Səbinə Əskərova və Sənan Əliyevin konserti keçirilib
- 16:46 Xətai rayonunda II Kəlağayı Festivalı təşkil olunacaq
- 14:36 “Balaca qəlblərlə böyük irsə səyahət” adlı tədbir keçirilib
- 14:30 Mədəniyyət naziri Şəmkirdə dörd rayondan sakinlərin müraciətlərini dinləyib
- 10:41 Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür
- 10:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:03 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:35 “Sierra” avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi ilə bağlı onlayn görüş
- 15:50 “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin keşiyində” adlı dəyirmi masa keçirilib
- 15:06 Gənclər Kitabxanasında yazıçı Əlibala Hacızadənin xatirəsi anılıb
- 14:04 Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub
- 12:41 Kino Agentliyində növbəti görüş
- 12:05 Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasından 90 il ötür
- 09:19 “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində ustad dərsləri təşkil olunub
- 09:17 Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
- 12:18 Bu gün Xalq artisti Tofiq Tağızadənin vəfatından 27 il ötür
- 12:04 Azərbaycanlı operatorlar “Qızıl göz” festivalına dəvət olunub
- 12:01 Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı
- 11:16 Bu gün dramaturq Seyfəddin Dağlının doğum günüdür
- 10:07 Yasamal rayon Heydər Əliyev Mərkəzini turistlər ziyarət ediblər
- 09:31 Laçın Şəhəri Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub
- 17:11 Laçında tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisi açılıb
- 15:28 Milli Kitabxananın yeni sərgiləri
- 15:09 MEK “Humanizm və inkişaf missiyası” adlı ənənəvi kitab sərgisini təqdim edir
- 14:04 Laçında “Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə keçirilib
- 13:54 Qala Qoruğunda Xalq rəssamı Əşrəf Heybətovun “Doğma Qala” adlı fərdi sərgisi açılıb
- 10:25 Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür
- 09:44 Bu gün Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür
- 09:35 IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub
- 09:33 Bu gün Laçın Şəhəri Günüdür
- 09:16 Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür
- 16:08 Azərbaycanlı tarzənin konserti Almaniyanın ARTE telekanalında nümayiş olunub
- 14:12 Gənclər Kitabxanasında Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə sərgi açılıb
- 11:48 “Azad torpaqlarda qadınların və uşaqların xoşbəxt gələcəyi” mövzusunda tədbir keçirilib
- 11:43 “Tıq-tıq xanımın sərgüzəştləri” adlı kukla tamaşası nümayiş olunub
- 11:40 Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür
- 09:28 Türkiyədə keçirilən “Kültür yolu” festivalında Azərbaycan təmsil olunub
- 09:24 Milli Kitabxanada Beynəlxalq Azərbaycan Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:23 Laçında MDB gəncləri bir araya gəlir!
- 10:37 “Musiqili Bakı” layihəsi çərçivəsində növbəti konsert keçirilib
- 15:35 Milli Kitabxanada Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə tədbir keçirilib
- 14:13 Yubilyar müəlliflər Milli Kitabxanada onlara həsr edilən sərgilərlə tanış olublar
- 10:02 Bu gün Əməkdar artist Aygün Bəylərin anadan olmasının 50 ili tamam olur
- 09:55 “Azərbaycançılıq məfkurəsi” adlı biblioqrafik göstərici çapdan çıxıb
- 15:48 Milli Kitabxanada akademik Bəkir Nəbiyevin 95 illiyinə həsr olunmuş sərgi açılıb
- 15:04 Bakı şəhərində bir sıra musiqi və incəsənət məktəblərinə yeni direktorlar və direktor müavinləri təyin olunub
- 11:46 Maestro Niyazinin xatirəsinə həsr olunan konsert keçirilib
- 11:43 Gənclər Kitabxanasında akademik Bəkir Nəbiyevin xatirəsi anılıb
- 10:49 Bakıda I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumu keçiriləcək
- 09:21 Maestro Niyazinin məzarı ziyarət olunub
- 12:30 Azərbaycanlı uşaqlar beynəlxalq incəsənət festivalından qələbə ilə qayıdıblar
- 09:31 Niyazinin doğum günündə möhtəşəm musiqi axşamı
- 09:27 Bu gün maestro Niyazinin anadan olmasının 113 ili tamam olur