
Ophrys yunan mənşəli sözdür, mənası “qaş” deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı “baxmağını” eyham ediblər. Bu bitkiləri başqa yerdə əkmək olmur, onlar məhv olur. Bəzi növlərinin çiçəkləri müəyyən növ cücülərin dişi fərdlərinə xas olan və erkək fərdlərini cəlb edən feromonun iyinə oxşar qoxuya malikdir. Təbii ki, cücüləri ofrislərin xüsusi görünüşü ilə bərabər bu qoxu da cəlb edir. Bu görünüşə və bəzən də qoxuya, maraq göstərən həşərat, bir güldən digərinə uçur və beləliklə, tozlanma prosesi baş verir. Göbələklərdən və müəyyən növ cücülərdən asılı olması ofrisləri ətraf mühitin dəyişilməsinə çox həssas edir. Buna görə də bu bitkilər nadir bitkilər hesab olunurlar. Onlar dövlət tərəfindən qorunurlar. Xarıbülbül (Ophrys caucasica) və ofrislərin bir çox başqa növləri isə hətta “Qırmızı kitab”a daxil ediliblər.
Xarıbülbül - bu növ yalnız bizdə bitir. Bu çiçək haqqında yəqin ki, hamımız eşitmişik və bu təbiidir, çünki, bu gözəl çiçək Vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın canlı rəmzidir. Bəli, hamımız eşitmişik, lakin adından başqa, bu gül haqqında nə bilirik? Bu gül haqqında gözəl bir əfsanə var:
"Biri varmış biri yoxmuş, bir bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O gülü sevir, onun başına dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyur. Günlərin bir günündə bir arı gülü görür və onun şirəsini dadmaq istəyir. Həmin an bülbül arının gülə doğru uçmağını görüb, sinəsini qabağa verib, tez arının qarşısını kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür, onun sevgisi və cəsarəti onu, sancdığı arıyla birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir".
Başqa bir əfsanə də var ki, Qarabağ xanı İbrahim Xəlil xan öz qızı şairə Ağabəyim Ağanı İran şahı Fətəli şaha ərə verib. Xan qızı İranda darıxır, sıxılır və şah onun ürəyini açmaq üçün sarayda “Vətən bağı”nın salınmasını əmr edir. Bağ salınır və Qarabağda bitən bütün güllər, bitkilər gətizdirilib, bu bağda əkilir. Bu bitkilərin hamısı kök vurub, gül açır, bircə Xarıbülbül yad torpaqda bitmir, solur.
Vətən bağı al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Ömür sürməli dövrandır,
Səsin gəlsin barı bülbül.
Bu mahnı da həmin vaxt Ağabəyim Ağanın bayatısı əsasında yaranıb. Xarıbülbül haqqında başqa rəvayətlər də var. Bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirlər. Yalnız zərif, gözəl, ətirli gül küləyə ram olmur. Onun dimdik durduğunu görən külək heyrətə gəlir:
- Ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?
Gül cavab verir:
- Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, heç kəsə baş əymir. Mən bülbülü sevirəm. Mənə güc-qüvvət verən onun saf məhəbbətidir.
- Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü…
Külək bunu deyib kükrəyir. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldayır. Bülbül özünü gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyib, əyilən qamətini düzəldir. Bu vaxt gülün tikanı onun sinəsinə sancılır. Bülbül məhv olur, amma gülü əyilməyə qoymur. Gül həmin vaxtdan bülbül görkəmində çiçəklər açır. Adı olur Xarıbülbül.
Dünyanın heç bir yerində rast gəlinməyən Xarıbülbül təbiətin ən böyük möcüzələrindən biridir. Xarıbülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrilib. Xarıbülbülün təsvirinə Azərbaycan xalçalarında rast gəlmək mümkündür.
Xarıbülbüldən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində də geniş istifadə edilir.



- 16:52 Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək
- 15:32 “Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edilib
- 14:16 Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 11:43 Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılacaq
- 09:52 “Yağışı sevməyən uşaq” adlı tamaşa nümayiş olunub
- 09:24 “Şərəf” ordeni Xalq artisti Afaq Bəşirqızına təqdim olunub
- 09:20 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub
- 09:11 Azərbaycan Milli Kitabxanasına Mərakeş mədəniyyətini əks etdirən kitablar təqdim ediləcək
- 15:02 “Nağıl günü” adlı tədbir keçirilib
- 14:36 Azərbaycanlı artistlər Karaqandada keçiriləcək “DosStar” festivalında çıxış edəcəklər
- 14:19 "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası Türkiyədə səhnələşdiriləcək
- 11:36 Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
- 10:54 Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması münasibətilə görüş keçirilib
- 09:53 Bu gün görkəmli aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür
- 14:22 Bakıda İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək
- 12:20 Gənclər Kitabxanasında “Akademik Yusif Məmmədəliyev – 120” adlı elektron məlumat bazası hazırlanıb
- 09:18 Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək
- 09:13 Bakı və Şamaxıda Nəsimi festivalına hazırlıqlar başlayıb
- 12:30 Film layihələrinin pitçinq mərhələsinə start verilir
- 12:13 Suraxanı rayon Heydər Əliyev Mərkəzini rayon sakinləri ziyarət ediblər
- 11:45 Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür
- 00:09 Gənc müğənnilər Səbinə Əskərova və Sənan Əliyevin konserti keçirilib
- 16:46 Xətai rayonunda II Kəlağayı Festivalı təşkil olunacaq
- 14:36 “Balaca qəlblərlə böyük irsə səyahət” adlı tədbir keçirilib
- 14:30 Mədəniyyət naziri Şəmkirdə dörd rayondan sakinlərin müraciətlərini dinləyib
- 10:41 Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür
- 10:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:03 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:35 “Sierra” avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi ilə bağlı onlayn görüş
- 15:50 “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin keşiyində” adlı dəyirmi masa keçirilib
- 15:06 Gənclər Kitabxanasında yazıçı Əlibala Hacızadənin xatirəsi anılıb
- 14:04 Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub
- 12:41 Kino Agentliyində növbəti görüş
- 12:05 Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasından 90 il ötür
- 09:19 “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində ustad dərsləri təşkil olunub
- 09:17 Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
- 12:18 Bu gün Xalq artisti Tofiq Tağızadənin vəfatından 27 il ötür
- 12:04 Azərbaycanlı operatorlar “Qızıl göz” festivalına dəvət olunub
- 12:01 Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı
- 11:16 Bu gün dramaturq Seyfəddin Dağlının doğum günüdür
- 10:07 Yasamal rayon Heydər Əliyev Mərkəzini turistlər ziyarət ediblər
- 09:31 Laçın Şəhəri Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub
- 17:11 Laçında tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisi açılıb
- 15:28 Milli Kitabxananın yeni sərgiləri
- 15:09 MEK “Humanizm və inkişaf missiyası” adlı ənənəvi kitab sərgisini təqdim edir
- 14:04 Laçında “Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə keçirilib
- 13:54 Qala Qoruğunda Xalq rəssamı Əşrəf Heybətovun “Doğma Qala” adlı fərdi sərgisi açılıb
- 10:25 Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür
- 09:44 Bu gün Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür
- 09:35 IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub
- 09:33 Bu gün Laçın Şəhəri Günüdür
- 09:16 Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür
- 16:08 Azərbaycanlı tarzənin konserti Almaniyanın ARTE telekanalında nümayiş olunub
- 14:12 Gənclər Kitabxanasında Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə sərgi açılıb
- 11:48 “Azad torpaqlarda qadınların və uşaqların xoşbəxt gələcəyi” mövzusunda tədbir keçirilib
- 11:43 “Tıq-tıq xanımın sərgüzəştləri” adlı kukla tamaşası nümayiş olunub
- 11:40 Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür
- 09:28 Türkiyədə keçirilən “Kültür yolu” festivalında Azərbaycan təmsil olunub
- 09:24 Milli Kitabxanada Beynəlxalq Azərbaycan Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:23 Laçında MDB gəncləri bir araya gəlir!