XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti, fleyta ustası Rəhim Babayevin anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
20/07/2023 00:46

Rəhim Sadıq oğlu Babayev 1930-cu il oktyabr ayının 19-da Bakıda anadan olub. 1973-cü ildə Ə.İsgəndərovun sinfində Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Rəhim Babayevin Azərbaycanda fleytaçılar nəslinin yetişməsində böyük zəhməti olub. O, 1958-2010-cu illərdə pedaqoji fəaliyyət göstərib.

Görkəmli fleyta ifaçısı R.Babayev 2008-ci il sentyabr ayının 17-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görülüb.

Rəhim Babayev 2010-cu il iyul ayının 20-də Bakıda vəfat edib.

Baxış sayı: 82