XƏBƏRLƏR
MƏLUMAT
“Bir ovuc təbəssüm” adlı bayram tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/04/2024 10:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İ.Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Ümid Yeri” uşaq sığınacağında valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müqəddəs Ramazan bayramı münasibətilə “Bir ovuc təbəssüm” adlı bayram tədbiri keçirilib.

Tədbirin aparıcısı hər kəsin bayramını təbrik edərək bütün balalara sağlam, xoşbəxt və sülh içində bir həyat arzulayıb.

Daha sonra uşaqlar üçün əyləncəli proqram təqdim olunub. Mədəniyyət Mərkəzinin xalq ansambıllarının solistlərinin ifaları bayram tədbirində xoş ovqat yaradıb.

Sonda Mədəniyyət Mərkəzinin kollektivi uşaqlara bayram sovqatı təqdim edib.

Baxış sayı: 352