
Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatı olub. Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, o cümlədən mədəniyyət və dəb sahələrinin nümayəndələri, dizaynerlər, influenserlər, kitab mağazalarının sahibləri, digər səfirliklərin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “Əlifba: A Cultural Alphabet” kitabı rəngarəng illüstrasiyalardan ibarət olan, həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuş Azərbaycan əlifbasıdır. Azərbaycan əlifbasının hər bir hərfi ölkəmizdə yerləşən memarlıq abidələri, sənət əsərləri, ölkəmizin tarixi ənənələri və folkloru ilə bağlıdır. Hər bir hərfə aid mətn geniş araşdırmalar əsasında yazılıb.
Layihənin ideya müəllifi “Nargis” jurnalının baş redaktoru və bir çox unikal yaradıcılıq layihələrinin müəllifi olan Ülviyyə Mahmuddur. Onun əsas məqsədi Azərbaycan mədəniyyətini dünyada göz önünə gətirməkdir. Kitab alman, ingilis, ispan və italyan dillərində təqdim olunub. Kitabın əsas məqsədi ölkəmizin tarixini, mədəni irsini və Azərbaycan dilini təbliğ etməkdir.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmud qonaqları salamlayaraq “History in Letters” filmini izləməyə dəvət ediblər. Bu sənədli animasiya dramı tamaşaçıları əlifba prizmasından Azərbaycan mədəniyyəti və tarixi ilə tanış edir. Bu, sadəcə bir sənədli animasiya filmi deyil, həm də tamaşaçını həqiqətin kəşfinə və sənətə olan sevginin gücünə sövq edən fəlsəfi axtarışdır.
Filmin rejissoru Meran İsmayılsoy, ssenari müəllifi Ağamehdi Abidov, animatoru isə Kənan Şeyxzamanlıdır. Animasiya filminin sponsoru BP şirkətidir.
Layihənin unikallığı onun tam olaraq azərbaycanlılar tərəfindən yaradılmasındadır. Qonaqlar Azərbaycanın Xalq artisti, xanəndə Alim Qasımovun və Azərbaycanın Əməkdar artisti, pianoçu İsfar Sarabskinin ifasında musiqili proqramın müşayiəti ilə Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar. Musiqili proqram muğamın və elektron ritmlərin sintezi əsasında yaradılan unikal kompozisiya şəklində təqdim olunub. Bundan əlavə, tədbir iştirakçıları gənc və istedadlı musiqiçi Elreinin ifasından zövq alıblar.
Heykəltəraş Teymur Qəribov kitab üçün kristal formasında xüsusi altlıq hazırlayıb, illüstrasiyalar isə rəssam Orxan Hüseynova məxsusdur.
Tədbirdən sonra hər bir qonağa kitab, həmçinin xanəndə Alim Qasımovun və pianoçu İsfar Sarabskinin bəstəsindən ibarət xüsusi olaraq yazılmış musiqi albomu, “Nargis” jurnalının iyun buraxılışı, poster, açıqcalar hədiyyə olunub.
Kitabı tezliklə şəhərin bütün kitab mağazalarından əldə etmək mümkün olacaq.
“Əlifba: A Cultural Alphabet” layihəsi 2019-cu ildə ilk dəfə İstanbulda keçirilən təqdimat ilə başlamışdır. Kitabın birinci buraxılışı Azərbaycan, türk, ingilis və rus dillərində təqdim olunmuşdur.






- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 12:07 Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 09:45 Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib
- 09:33 Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 09:30 Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 09:26 Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib
- 15:55 Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
- 12:22 Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib
- 09:39 Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib
- 09:35 Bu gün yazıçı Sabir Əhmədlinin doğum günüdür
- 09:29 Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib
- 09:28 “Nəvə” sənədli filminin çəkilişləri başlayır
- 09:19 Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 17:15 UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir
- 14:54 “Yol əhvalatı” filmi nümayiş olunub
- 14:26 Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
- 14:09 “Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub
- 11:39 Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür
- 09:40 Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür
- 16:58 Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
- 16:44 "Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçirilib
- 16:15 Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib
- 16:10 ARKA-da Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib
- 14:43 Aktyorluğu öyrən layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
- 14:39 UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub
- 11:33 Bu gün Xalq artisti, teatr aktyoru Zülfüqar Baratzadənin anadan olmasının 94-cü ili tamam olur
- 10:34 Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir
- 10:08 Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik"adlı yeni layihəyə start verib
- 09:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:32 Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür
- 09:21 Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirilib
- 14:46 UNESCO: Azərbaycan Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında təmsil olunur
- 14:43 Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
- 11:34 İƏT-in jurnalının növbəti nömrəsində ICESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti barədə məqalə dərc olunub
- 09:46 Bu gün Əməkdar artist Ələkbər Hüseynovun doğum günüdür
- 09:34 Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 09:27 “ƏSA” Teatrından növbəti yenilik: hibrid tamaşa
- 17:33 Bakıda “Şən Hazırcavablar” Yunior Liqası Festivalı uğurla başa çatıb
- 17:22 Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib
- 16:06 İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü
- 14:55 Bakıda inklüziv rəqs tamaşasının premyerası olub
- 14:37 Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirilib
- 10:51 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 10:39 “Qoğalın sərgüzəştləri” adlı nağıl-tamaşa nümayiş olunub
- 10:24 Xətai rayon Heydər Əliyev parkında konsert keçirilib
- 09:24 Muzey Mərkəzində “Sənin adın nədir” adlı sərgi açılıb
- 09:18 Bakıda “Daşları yığmaq vaxtıdır” kitabının təqdimatı olub
- 09:16 Karlovı Varı Beynəlxalq Kinofestivalında 9 saatlıq film nümayiş olunacaq
- 16:15 Milli Kitabxanada “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimatı olub
- 14:37 Günay Əfəndiyeva "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif edilib
- 14:35 Qədim Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalına hazırlaşır
- 14:30 Azərbaycan ilk dəfə Çinin ən böyük televiziya və film bazarında təmsil olunub
- 12:32 Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Zəfərdən qələmə” pyes müsabiqəsi davam edir!
- 12:29 Gənclər Kitabxanasında Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanıb
- 09:34 Əməkdar artist Sahib Paşazadə “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif edilib