XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarənin Heydər Əliyev Mərkəzlərində “Açıq qapı” günü təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2023 02:02

18 - May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Heydər Əliyev Mərkəzlərində “Açıq qapı” günü təşkil olunub. Qaradağ rayon Heydər Əliyev Mərkəzində rayon məktəbliləri və gəncləri ekskursiyada olublar.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə 21, 167, 308 nömrəli tam orta məktəblərin şagirdlərinin ekskursiyası təşkil edilib.

Ekskursiyada iştirak edənlər Mərkəzlərin “Muzey” və“ Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar. Burada onlara Mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində şagirdlər həmçinin “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti 100” adlı sərgi ilə  tanış olublar.

Baxış sayı: 273