
"Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir". Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib. Bəli, Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi irsi çox şaxəli və zəngindir. İctimai-siyasi, sosial-iqtisadi həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ulu Öndərin imzası olmasın. Ulu Öndər iki dəfə Azərbaycana rəhbərlik edib. Hər dəfə rəhbərliyə gələndə respublika ağır günlərini yaşayırdı. Ulu Öndərə həmişə çətin vəziyyətdə olan ölkəni xilas etmək missiyası qismət olub. Sovet Azərbaycanı da məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında 12 ildə böyük inkişaf yolu qət edib.
Müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi – Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir.
Heydər Əliyev 1969-cu ildə respublikanın siyasi rəhbərliyinə gələndə Azərbaycanın taleyi yaxşıya doğru dəyişdi. 1969-1982 illər Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə güclü inkişaf yolu keçməyə başladı. Elə həmin dövrdə demokratik idarəetmənin ilk rusşeymləri yarandı. Sovet dönəmində azərbaycanlı kadrları demək olar ki, cox az idi, SSRİ-in ən nüfuzlu ali məktəblərində gənclərimizin təhsil almasının da şansı yox idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan gənclərinin gələcəyinə işıq saçdı. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 170 dən çox ən nüfuzlu ali məktəblərində tibb, xalq təsərrüfatı, elm, təhsil, incəsənət və mədəniyyət sahələrini əhatə edən və ehtiyac duyulan ixtisas üzrə 15 000 artıq azərbaycanlı gənci ali təhsil almışdır. Hərbi milli kadrların hazırlanması da, Ulu Öndər Heydər Əliyevin diqqətindən kənarda qalmadı. Azərbaycan gəncləri sistemli şəkildə SSRİ-nin ali hərbi məktəblərinə göndərildi. 1970-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılmasını da xüsusi vurğulamaq lazımdır. C.Naxçıvanski adına hərbi məktəbin yaradılması Azərbaycanda hərbi məktəblərlərin inkişafına sonrakı dövrlərdə də mühüm rol oynadı.
Milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində Ulu Öndərin çox böyük rolunun olduğunu vurğulayan Prezident qeyd edib: “Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər müntəzəm olaraq Gənclər Forumu keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər”.
Bu gün Azərbaycan tarixində əlamətdar bir gündür. Dərin biliyini, qazandığı zəngin təcrübəni, Uca Yaradanın ona bəxş etdiyi istedadı, mənalı və şərəfli ömrünü yalnız mənsub olduğu xalqına həsr edən, bunu özünün həyat amalına çevirən və bu yolda usanmadan uzun bir yol alan, xalqının ümid çırağı, nümunəvi azərbaycanlı Heydər Əliyevin 100 yaşı tamam olur. Doğulduğu gündən düşüncələrində özü üçün yox, “xalqım üçün nə etməliyəm” fikirləri hakim idi. O, bu istəklərlə həyata yol aldı və ancaq doğma xalqı üçün çalışdı. Tutduğu yol müqəddəs, nəcib, vicdanlı olduğu üçün Uca Yaradan hər zaman ona dayaq durdu. Hansı vəzifəni daşıdısa, məqsəd bir idi - yalnız xalqa xidmət.
Onun adı və əməlləri milli dövlətçiliyimizin əbədiyyət zivəsini təşkil edir. Azərbaycanı sülh, sabitlik, milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirən Heydər Əliyev ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirmiş, gənc müstəqil dövlətin siyasi platformasını mənəvi və əxlaqi konsepsiyalarını yaratmışdır.Ən əsası ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırmışdır.
Azərbaycan xalqı hər il öz dahi oğlunun dünyaya göz açdığı 10 may gününü milli tarixin ən əziz günlərindən biri kimi qeyd edir. Ulu öndərin anadan olmasının 100-cü ildönümü ərəfəsində onun ölməz xatirəsi milyonlarla soydaşımızın duyğu-düşüncələrini yenidən öz nuruna bürüyür.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük.
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Azərbaycanın mədəniyyət inciləri olan muğamın, aşıq musiqisinin, xalçaların YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Bundan əlavə, nadir təbiət nümunələrinin, arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin dövlət tərəfindən mühafizə edilməsi, muzeylərin yaradılması və təmir-bərpa işlərinin aparılması Azərbaycan milli-mədəni irsinin qorunmasında dövlətin gördüyü işlər sırasındadır.
Leyla Nəcəfova,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin
Baş Fond müdiri
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib
- 11:17 “Muğam aləmi” Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub
- 11:08 Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir keçirilib
- 09:23 14 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:18 İçərişəhərdə “Muğam Saatı” təşkil olunub
- 09:16 Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb
- 09:12 Dünya şöhrətli arxeomusiqişünas Bakıda mühazirə oxuyub
- 17:10 Tanınmış ritm ustadı Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib
- 17:05 Beynəlxalq muğam ifaçıları müsabiqəsi başlayıb
- 15:07 Ölkəmiz UNESCO-nun 2005-ci il Konvensiyasına tərəf dövlətlərin konfransının 10-cu sessiyasında təmsil olunur
- 14:58 Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində
- 14:27 Gənclər Kitabxanasında 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 14:21 Almaniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertlər təşkil olunub
- 12:14 Kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edilib
- 11:10 Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı sərgi açılıb
- 09:51 “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub
- 09:13 18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür