XƏBƏRLƏR
MƏLUMAT
“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb
ÜMÜMİ XƏBƏRLƏR
29/03/2024 15:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və  “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  yazar qadınların əsərlərindən ibarət “60 çiçək – bir çələng” adlı ədəbi almanax nəşr edilib.

Almanax doğma Qarabağımıza, azad olunan torpaqlarımıza, Böyük Zəfərimizə həsr olunmuş himndir.

“60 çiçək – bir çələng” adlı ədəbi almanaxa 60 yazar xanımın hekayə, şeir, esse, əfsanə, mənsur şeir, qəzəl, poemadan parça, nağıl, xatirələri və s. daxil edilib.

Almanaxın “Ön söz” müəllifi yazıçı, publisist, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Nüşabə Məmmədlidir.

Baxış sayı: 277