XƏBƏRLƏR
MƏLUMAT
5 nömrəli uşaq incəsənət məktəbi hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2023 08:54

Mayın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "El bilir ki, sən mənimsən" adlı hesabat konserti keçirib.

İlk öncə qonaqlar Rəssamlıq şöbəsinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbirdə Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından bəhs edilib. İncəsənət məktəbinin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib, rəqslər nümayiş olunub.

Konsert proqramı "Qələbəyə gedən yollar" adlı mahnı ilə yekunlaşıb.

Baxış sayı: 638