XƏBƏRLƏR
MƏLUMAT
“27 sentyabr – Anım Günü” ilə bağlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/09/2021 08:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 167 №-li tam orta məktəblə birlikdə Anım Günü ilə bağlı tədbir təşkil edib.

Tədbir Azərbaycan Respublikasının Dövət Himni ilə açıq elan edilib və Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk olaraq, məktəbin direktoru Qasım Qasımov çıxış edərək bildirib ki, bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. O qeyd edib ki, Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanıb və haqq savaşında qalib olub.

Kitabxananın əməkdaşı İradə Hüseynova isə 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Şəhidlərdən, qazilərimizdən,  gözü yaşlı qalan analarımızın fəryadından ürək ağrısı ilə bəhs edib.

Tədbirdə  44 günlük müharibədə iştirak edən qazimiz Elnur Əkbərov çıxışında Füzuli istiqamətində gedən döyüşlərdə  göstərdiyi şücaətindən və  döyüş yoldaşları ilə olan xatirələrindən bəhs edib.

167 №-li tam orta məktəbin şagirdləri Şəhidlərimizə həsr olunmuş şeir və mahnılar səsləndiriblər.

Sonda  tədbir iştirakçıları ilə xatirə şəkillər çəkilib.

Baxış sayı: 1369