XƏBƏRLƏR
MƏLUMAT
24 nömrəli onbirillik musiqi məktəbi hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2023 06:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbinin M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş hesabat konserti keçirilib.

Konsert Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbirdə çıxış edənlər müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətlərindən danışıblar.

Hesabat konsertində məktəbin şagirdlərindən respublika və beynəlxalq müsabiqələr laureatları Azərbaycan və Qərb bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

 

Baxış sayı: 348