XƏBƏRLƏR
MƏLUMAT
12 Aprel – Beynəlxalq Aviasiya və Kosmonavtika Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
12/04/2020 01:02

12 aprel 1962-ci il Beynəlxalq Kosmonavtika günü elan olunub. Bu bayram əvvəllər ancaq Rusiyada keçirilirib. Amma artıq belə deyil. Belə ki, BMT Baş Assambleyasının 65-ci sessiyasında yekdilliklə qəbul edilən qətnaməyə əsasən, 12 Aprel - Beynəxalq Kosmosa Uçuş Günü (Space Probe Day) kimi bütün dünyada qeyd olunur.

1961-ci il aprelin 12-də SSRİ vətəndaşı Yuri Qaqarin “Vostok” kosmik gəmisində Yer kürəsinin ətrafında orbital uçuş həyata keçirərək, kosmik uçuş dövrünün əsasını qoyub. Cəmi 108 dəqiqə davam edən bu uçuş kosmosun tədqiqinin və mənimsənilməsinin başlanğıcı olub. Başlanğıcda kosmosun tədqiq edilməsi, ABŞ və SSRİ arasında strateji yarış şəklini alsa da, sonralar bu əməkdaşlığa çevrilib. SSRİ dağıldıqdan sonra bunu Rusiya davam etdirir. Ancaq ABŞ kosmonavtlarının Aya uçmasını çıxmaqla, bütün digər ilk addımlar SSRİ tərəfindən atılıb. Bu günə qədər kosmosa təqribən 517 insan uçub, onlardan 55-i qadındır. Təəssüf ki, indiyədək 22 kosmonavt müxtəlif şəraitdə həyatını itirib. Vətəndaşları kosmosa uçuş keçirən ölkələr SSRİ, Rusiya, ABŞ, Çexiya, Polşa, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Macarıstan, Vyetnam, Kuba, Monqolustan, Rumıniya, Fransa, Almaniya Federativ Respublikası, Hindistan, Kanada, Səudiyyə Ərəbistanı, Niderland, Meksika, Suriya, Əfqanıstan, Yaponiya, Böyük Britaniya, Avstriya, Qazaxıstan, Belçika, İtaliya, İsveçrə, Ukrayna, İspaniya, Slovakiya, Cənubi Afrika Respublikası, İsrail, Çin, Braziliya, İsveç, Malayziya və Koreyadır.

Baxış sayı: 660