XƏBƏRLƏR
MƏLUMAT
Uşaq yazıçısı Gülzar İbrahimovanın yaradıcılıq gecəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/02/2024 15:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 2 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə  tanınmış uşaq yazıçısı, “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimovanın 65 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.                                        

Sonra  çıxış edənlər səbəbkarı  təbrik edərək onun yaradıcılığından söhbət açıblar. Gülzar İbrahimovanın kitablarının uşaqların  maariflənməsində böyük rol oynadığını vurğulayaraq, yazıçının  uşaqlar üçün bir çox layihələr həyata keçirdiyini bildiriblər. Qeyd olunub ki, Gülzar İbrahimova  tək nağıl yazarı kimi deyil həm də çoxsaylı məqalələrin müəllifi və nəğməkar şairdir.

Bədii hissədə musiqilər dinlənilib, şeirlər səsləndirilib, videoçarx təqdim olunub.

 

Baxış sayı: 147