XƏBƏRLƏR
MƏLUMAT
Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/04/2024 10:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Konsertdən öncə görkəmli bəstəkarın yaradıcılıq fəaliyyətindən və Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli əsərlərindən söz açılıb.

Daha sonra konsert proqramı təqdim edilib. Konsertdə müəllim və şagirdlərin ifasında bəstəkarın sevilən əsərləri səsləndirilib.

Baxış sayı: 142