XƏBƏRLƏR
MƏLUMAT
Filarmoniyada "Sazımda avazımda" adlı solo konsert proqramı təşkil olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
29/04/2024 09:33

Azərbaycan Mədəniyyət Nazirliyi, Xəzər Universiteti və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə çağdaş aşıq sənətinin çox ünlü simalarından biri, Borçalı aşıq mühitinin istedadlı nümayəndəsi aşıq Ramin Qarayevin "Sazımda avazımda" adlı solo konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, mayın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq solo konsertdə aşıq Ramin Qarayevi "Bakı-Təbriz" qrupu və Xəzər Universitetinin kamera orkestri müşayiət edəcək. Konsertin dirijoru Meri Çeminavadır.

Sənətkarın solo konsertində qonaq qismində Xalq artisti Alim Qasımov iştirak edəcək.

Məlumat üçün bildirək ki, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Aşıqlar Birliyinin üzvü olan Ramin Qarayev Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr səviyyələrini bitirib. Hazırda Xəzər Universitetində pedaqoji fəaliyyət göstərir. Bu günə kimi Azərbaycanda üç, Rusiya, Gürcüstan və Türkiyədə isə bir solo konserti olub.

 

Baxış sayı: 80