XIX əsrin alman dramaturqu, alimi və şairi Georq Bühnerin eyniadlı yarımçıq qalmış pyesinin əsasında “Voytsek” tamaşasının premyerası Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində baş tutub. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
AZƏRTAC xəbər verir ki, pyes 1837-ci ildə yazılıb və 1879-cu ildə Karl Emil Franzoz tərəfindən əsaslı dəyişikliklər edilməklə nəşr olunub. Yazılmasından uzun illər sonra da aktual və həyəcanverici olan “Voytsek” öz bədii gücü və dərinliyi ilə tamaşaçıları heyrətləndirməyə davam edir. Yüz il əvvəl olduğu kimi, səhnədə cərəyan edən hadisələr insan qəddarlığının və çarəsizliyinin təbiəti haqqında hər kəsi ciddi düşüncələrə qərq edir. Təsadüfi deyil ki, tamaşa alman dramaturgiyasının ən böyük əsərlərindən biri kimi tanınaraq opera, müzikl və kino da daxil olmaqla, bir çox janrda işlənib.
Adi bir əsgərin hekayəsi, rejissorun planına görə, parçalanır və tamaşaçıya tibbi arayışdakı qısa qeyd kimi təqdim olunur və bu, qəhrəmanın bu dünyada güc nümayiş etdirməyə çalışanların əlində vasitəyə çevrildiyi proseslərə istinaddır. Tamaşaçıların gözləri önündə, mövcud şərait və qəddar reallıq səbəbindən cinayətə sürüklənən saf insanın faciəsi canlanır. Rüfət Əliyev yaratdığı Voytsek obrazında təkrarolunmazdır. Onun qəhrəmanı vətəndaş nikahında yaşadığı Mariyanın könlünü şad etməyə çalışır. Mariya rolunu aktrisa Olqa Arsentyeva ifa edir.
Zaldakı sürəkli alqışlar sübut etdi ki, tamaşada böyük əməyi olan Azərbaycanın əməkdar artistləri Timur Rəhimov və Murad Məmmədov, artistlər Rüfət Nəzərov, Ramil Əliyev, Tamerlan Abdullayev, Fatimə Əliyeva, Marina Litvinenko, Nadir Əbdürrəhimov, Zaur Terequlov, Fərid Bəhramov, Zaur İsgəndərov, Dilarə Nəzərova, Ruslan Pavlov, Cövhər Abdullayev rejissorun qarşılarına qoyduğu vəzifələrin öhdəsindən çox gözəl gəliblər.
Tamaşanın üzərində dekorasiyalar üzrə rəssam, Azərbaycanın əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, kostyumlar üzrə rəssam, Azərbaycanın əməkdar mədəniyyət işçisi Olqa Abbasova, bəstəkar Anar Yusufov, işıq üzrə rəssam Nikolay Rudıçev, xoreoqraf Olqa Arsentyeva, rejissor köməkçisi Lanita Afonina işləyiblər.
- 17:23 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 17:20 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 16:37 Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
- 16:32 Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib
- 16:30 Kukla Teatrında premyera – Parkda
- 16:26 “Ulduz”un yeni nömrəsində...
- 15:47 Riqada ilk dəfə “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı geniş sərgi açılıb
- 15:39 Bakıda “Mosfilm həftəsi” keçiriləcək
- 14:35 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 74 ili tamam olur
- 14:29 TikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər gecəsi"nə start verir
- 14:23 Qastronomiya üzrə “Qızıl Şah” Azərbaycan Milli Kulinariya Çempionatı keçirilir
- 11:33 Moskvada “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub
- 09:52 Bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı ilə görüş təşkil olunub
- 09:44 Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub
- 09:27 Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
- 09:25 Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər
- 09:21 Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub
- 16:42 Milli Kitabxanada növbəti treninq
- 14:20 Molla Nəsrəddin haqqında çəkilən filmin yaradıcı heyəti Özbəkistanda olub
- 14:19 Azərbaycan Ankarada Beynəlxalq Mədəniyyət Günü Festivalında təmsil olunub
- 12:09 “CawaMedia” agentliyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblından yazıb
- 11:29 Kitabxanda “Cabbarlı işığı” adlı tədbir təşkil edilib
- 11:08 “Ailə dəyərlərimiz” adlı tədbir keçirilib
- 10:24 15 may - Beynəlxalq Ailə Günü ilə bağlı dəyirmi masa keçirilib
- 09:50 “Ölkəmizdə ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin xidməti” adlı dəyirmi masa keçirilib
- 09:31 Bu gün Beynəlxalq Ailə Günüdür
- 09:25 İşə qəbulla bağlı müsabiqə
- 09:23 Bu gün SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 102 ili tamam olur
- 09:18 Yazıçılar Birliyində şair-dramaturq Xanlar Həmidin 70 illik yubileyi qeyd olunub
- 09:12 XVI Azərbaycan Moda Həftəsi çərçivəsində yerli və xarici dizaynerlərin nümayişləri keçiriləcək
- 17:16 Özbəkistanda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil olunub
- 17:10 Azərbaycan Beynəlxalq Şekspir Festivalında təmsil olunacaq
- 16:28 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbində tədbir keçirilib
- 15:53 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 15:50 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 15:03 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 12:08 “Azərbaycan xalqının ümid çırağı-Heydər Əliyev” adlı məqalə təqdim olunub
- 12:01 Azərbaycan ilə Türkiyə arasında teatr sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
- 11:02 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ziyarət təşkil edilib
- 10:02 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 09:37 Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Qara Qarayevin məzarını ziyarət ediblər
- 09:26 Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
- 09:24 Mayın 20-dən 26-dək II Bakı Müasir Musiqi Günləri keçiriləcək
- 09:20 “Xarıbülbül” festivalı Laçında konsert proqramı ilə başa çatıb
- 15:39 33 nömrəli Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib
- 14:55 “Həyatımızı yaşıllaşdıraq” adlı tədbir keçirilib
- 14:32 "11 simin sədası" adlı konsert keçirilib
- 14:14 “Qarabağın incisi Şuşa” kitabı Bosniya və Herseqovinada nəşr olunub
- 10:51 S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru
- 10:25 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 10:20 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:08 Mərdəkan Mədəniyyət Sarayında konsert proqramı keçirilib
- 10:04 “Tarixin Lideri” adlı tədbir keçirilib
- 09:55 Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər
- 09:53 Kitabxanada “Yaradıcı oxucularımız” lahiyəsi davam edir
- 09:32 Bu gün Əməkdar incəsənət xadimi Hikmət Ziyanın doğum günüdür
- 09:30 Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
- 09:21 “Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb
- 15:19 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib
- 17:50 Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib