XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət Evində Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/04/2024 15:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət Evində  29 Aprel - Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert proqramı təqdim olunub .

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,   torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramında  mədəniyyət evinin “Səma” rəqs ansamblının ifasında Azərbaycan rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqsləri də nümayiş olunub. 

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd uşaq və gənclərə Azərbaycan xalq rəqslərinin tarixini, milli xüsusiyyətlərini öyrətmək ,uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı gəncləri üzə çıxarmaqdır.

Baxış sayı: 187