XƏBƏRLƏR
MƏLUMAT
“Ürəklərdə əbədi yaşayan işıqlı xatirə” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/04/2024 10:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi, YAP Qaradağ rayon təşkilatı və Lökbatan Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ürəklərdə əbədi yaşayan işıqlı xatirə” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, tibb işçiləri, icimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi  insanlara təmənnasız sevgi bəxş edib. Akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.

Zərifə xanım eyni zamanda sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutub.

Baxış sayı: 128