XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəman Vətən oğulları” adlı ədəbi-bədii gecə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/01/2024 19:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 2 nömrəli kitabxana filialının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində şəhidlərə həsr olunmuş “Qəhrəman Vətən oğulları” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə qazilər, şəhid ailələri, ziyalılar, kitabxana əməkdaşları iştirak ediblər.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirə abidəsini ziyarət ediblər. 

Çıxış edənlər işğal altında olan torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunduğunu qeyd ediblər.

Bədii hissədə şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri ifa olunub.

Tədbirdə həmçinin , şəhidlərə həsr olunan videoslayd nümayiş olunub.

Videoslayd Mərkəzi Kitabxananın YouTube kanalında yerləşdirilib:

 

 

Baxış sayı: 232