XƏBƏRLƏR
MƏLUMAT
4 nömrəli uşaq musiqi məktəbi
Ünvan:
AZ 1040, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi 2


Əlaqə telefonu:
(+994 12) 425-50-25
4 nömrəli Uşaq musiqi məktəbinin yaranma tarixi 1926/1927-ci illərdən başlayır. Bakıda fəaliyyət göstərən musiqi studiyasının nəzdində 1926-cı ildən Bakının Balaxanı,Sabunçu.Bakıxanov qəsəbələrinin filialları fəaliyyət göstərirdi.1933-cü ildən, bu musiqi studiyaları sonralar musiqi məktəbinin yaranmasında müəyyən rol oynamış və Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının Milli Azlıqları Şurasının nəzdində təşkil edilmişdir. 1950-ci ildən Razin qəsəbəsi (indiki Bakıxanov ) filialı müstəqil məktəb kimi fəaliyyətə başlamışdır. 1950-ci ildən,1994-cü ilə kimi məktəbdə direktor vəzifəsini ilk Əməkdar Müəllim Aleksey Mixayloviç Vladimirov icra etmişdir. Məktəbin ilk yarandığı dövrdən 1930-cu illərin əvvəllərində L.V.Rostropoviç və S.N.Rostropoviçlərin şagirdlərə violonçel və fortepiano üzrə dərs verməsi haqqında dövlət arxiv sənədlərində məlumatlar vardır.Rostropoviçlərin musiqi fəaliyyəti Bakı şəhərinin musiqi həyatında o cümlədən Sabunçu,Balaxanı,Bakıxanov fəhlə bölmələrində müəyyən iz buraxıb.


İxtisaslar:
Fortepiano
Nağara
Fleyta
Klarnet
Xanəndəlik
Violin
Tar
Kamança
Balaban
Qanun
Qarmon