XƏBƏRLƏR
MƏLUMAT
17 nömrəli uşaq musiqi məktəbi
Ünvan:
AZ 1044, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 492


Əlaqə telefonu:
(+994 12) 454-24-63
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 17 nömrəli uşaq musiqi məktəbi 1961-ci ildən fəaliyyət göstərir.

Məktəb 2006-cı ildə əsaslı təmir olunub. Məktəb 2 mərtəbəli binadan, 25 sinif otağından, 50 nəfər tutumu olan zaldan və 5 inzibati otaqdan ibarətdir. Məktəbin ümumi sahəsi 638 m2.

Məktəbdə müxtəlif ixtisaslar üzrə 274 şagird təhsil alır.

Məktəbdə hazırda fortepiano, skripka, tar, kamança, qanun, nağara, səs, klarnet, fleyta, truba alətləri tədris olunur. Məktəbdə 57 müəllim çalışır.

Məktəbdə 4 şöbə fəaliyyət göstərir. Bunlar fortepiano, xalq çalğı alətləri, nəfəs və nəzəriyyə şöbələridir.


İxtisaslar:
Fortepiano
Nağara
Fleyta
Klarnet
Faqot
Xanəndəlik
Violin
Tar
Kamança
Qanun
Qarmon