XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada şəhid Hüseyn Səmədov haqqında "Nur içində yat şəhidim" adlı məlumat hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
26/08/2022 01:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının fəal oxucusu Münəvvər Rüstəmova şəhid  Hüseyn Səmədov haqqında "Nur içində yat şəhidim" adlı məlumat hazırlayıb.

44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas edib. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızdan biri də Hüseyn Səmədov Müşfiq oğludur.

Hüseyn Səmədov 1997-ci ilin avqust ayının 30-da Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib.

Şəhid Hüseyn Səmədov 2020-ci il oktyabr ayının 8-i  Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hüseyn Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Aşağıdakı keçidlərə daxil olub daha ətraflı məlumat ala bilərsiniz.

https://m.facebook.com/story.php?story_fbid=pfbid0jnasdphCPZ9Q7xAe5yHWRAg6CoUwRuMF6XiRJMZu8iRxTuUYp8vMGfEivNBJgQZfl&id=100051288229979

https://www.instagram.com/reel/ChsZYCAD2vO/?igshid=YmMyMTA2M2Y=

Baxış sayı: 265