XƏBƏRLƏR
MƏLUMAT
Horadiz qəsəbəsinin və Arazboyu kəndlərinin erməni işğalından azad olunmasının 30 illiyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
18/01/2024 12:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialı 158 nömrəli tam orta məktəbdə Qarabağ cəbhəsinin Füzuli rayonunun Horadiz qəsəbəsinin və  bir sıra Arazboyu kəndlərinin erməni işğalından azad edilməsinin 30 illiyi ilə əlaqədar tədbir keçirib.

Tədbirdə qeyd olunub ki, 1994-cü ilin yanvarında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Bildirilib ki, Horadiz əməliyyatı Azərbaycanın hərb tarixində qürurverici qələbədir.

Baxış sayı: 207