XƏBƏRLƏR
MƏLUMAT
“Ürəklərdə yaşayan şəhidimiz” adlı anım tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/12/2023 12:23

Dekabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzlədirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının  təşkilatçılığı ilə Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbdə Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi Aqşin Quliyevə həsr olunmuş “Ürəklərdə yaşayan şəhidimiz”  adlı anım tədbiri keçirilib.

Tədbirdə şəhid Aqşin Quliyevin valideynləri, ailə üzvləri, qazilər, Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhid Aqşin Quliyevin və qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər qeyd ediblər ki, bacarıqlı kəşfiyyatçı-istehkamçı Aqşin Quliyev İkinci Qarabağ müharibəsinin ilk günündən xidmət etdiyi hərbi hissə ilə döyüşlərin ön sıralarında gedərək Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Qubadlı rayonlarının və kəndlərin düşməndən azad edilməsində böyük cəsarət və igidlik göstərib. Ölümündən sonra Aqşin Dilavər oğlu Quliyev “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirin bədii hissəsində İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” folklor xalq ansamblının üzv və solistləri, “Şəlalə” xalq çalğı alətləri ansamblının solisti, Ələsgər Ələkbərov adına Xalq Teatrının rejissoru qəhrəman şəhid - Aqşin Quliyevin anım gününə həsr olunmuş musiqi nömrələri və şeirlərlə, Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin şagirdləri isə kompozisiya ilə çıxış ediblər.

Baxış sayı: 334