XƏBƏRLƏR
MƏLUMAT
“Ən fəal oxucu və gələcəyin fəal oxucusu” adlı görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/12/2023 14:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Mərkəzi Kitabxanasında “Ən fəal oxucu və gələcəyin fəal oxucusu” adlı görüş keçirilib.

Görüş zamanı bildirilib ki, tədbir kitab təbliğatını genişləndirmək, daha çox sayda oxucuları mütaliəyə cəlb etmək, mütaliə vərdişlərini artırmaq, onların kitabxanada göstərdikləri fəallığı müəyyən etmək məqsədi daşıyır.

Tədbirdə "Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin “Ədəbiyyat” qrupunun üzvləri şeir parçaları səsləndiriblər.

Sonda oxuculara kitabxana tərəfindən kitablar hədiyyə edilib.

Baxış sayı: 321