XƏBƏRLƏR
MƏLUMAT
Xəzər rayon MKS-nin 7 nömrəli filialı Suqovuşan su anbarı haqqında məlumat təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
03/12/2020 02:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Suqovuşan su anbarı haqqında məlumat təqdim edib. Respublika ərazisinin çox hissəsini quraqlıq iqlim təşkil edir. Buna görə də quraq iqlim bölgələrində suvarma əkinçiliyi sahələrini genişləndirmək, üzüm və meyvə bağlarını su ilə təmin etmək məqsədilə bir çox kiçik və böyük su hovuzları (su anbarları, su qovşağı, sututarlar) yaradılıb. Su anbarları qədim zamanlardan bəri insanların su ehtiyacını ödəmək və əkinçilik sahələrinin sulanması məqsədiylə inşa edilib.

Günümüzün müasir anbarları strateji əhəmiyyətə malikdir. Ölkənin əkinçilik həyatı üçün böyük əhəmiyyət daşıyarlar.

Xüsusilə bol yağış alan yerlərdə daşqın tədbiri məqsədiylə  anbarlar inşaya edilməkdədir. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunur.

Suqovuşan su anbarı Tərtər rayon ərazisində, Tərtərçay üzərində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilib.

Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. Suqovuşan-1 su anbarı 4.8 mqvt və Suqovuşan-2 su anbarı isə 3 mqvt gücə malikdir.3 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Mövzu ilə baglı videoslayda aşağıdakı keçiddən baxa bilərsiniz:

 

Baxış sayı: 254