XƏBƏRLƏR
MƏLUMAT
Vüqar Camalzadənin Daşkənd uğuru
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2023 02:32

Bəstəkar, Əməkdar artist, dosent Vüqar Camalzadə yeni uğura imza atıb.

AZƏRTAC xəbər verir ki, sənətçi Özbəkistan Dövlət Konservatoriyasının (ÖDK) dəvəti ilə paytaxt Daşkənddə xalq çalğı alətləri ifaçıları ixtisası üzrə bakalavr və magistr buraxılış kurslarının dövlət imtahan komissiyasının sədri qismində çıxış edib. Bu onun deyilən keyfiyyətdə ilk işi olsa da, nəticə ürəkaçandır.

Yüz məzundan imtahan götürən bəstəkar gənclərin bilik səviyyəsi və istedadını yüksək qiymətləndirib. Həmyerlimizin işindən razı qalan ÖDK rəhbərliyi gələcəkdə də əməkdaşlıq təklifini irəli sürüb. Vüqar Camalzadəyə diplom və xatirə hədiyyələri bağışlanıb. O, Daşkəndlə yanaşı Səmərqəndə də səfər edib, qədim şəhərin gəzməli-görməli yerləri ilə tanış olub.

 

Baxış sayı: 138