XƏBƏRLƏR
MƏLUMAT
Sakinlərə səyyar kitabxana xidməti göstərilib
ÜMÜMİ XƏBƏRLƏR
19/08/2024 11:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının əməkdaşı növbəti dəfə oxuculara evdə səyyar kitabxana xidməti göstərib. 

Səyyar kitabxana xidməti zamanı oxuculara onların öz arzularına və maraqlarına uyğun ədəbiyyatlar təqdim edilib.

Qeyd edək ki, bu xidmətdən fiziki imkanları məhdud, yaşlı və s səbəblərdən kitabxanaya gələ bilməyən hər bir oxucu istifadə edə bilər.

Cəmiyyətin kitaba, biliyə tələbatını ödəmək məqsədi ilə yaranan kitabxanaların ən mühüm vəzifəsi oxuculara kitabxana- informasiya xidmətini təşkil etməkdir.

Baxış sayı: 190