Noyabrın 18-də Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb və fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Maliki, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Layihə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, tanınmış̧ fotoqraf Reza Deqatinin təşəbbüsü̈ ilə həyata keçirilib.
Tədbirdə çıxış edən Leyla Əliyeva bildirib ki, bu sərgi planetimizin gözəlliklərini və onun üzləşdiyi çağırışları uşaqların gözü ilə nümayiş etdirir. "Onların baxışlarında mərhəmət, anlayış və həssaslıq var. Mən düşünürəm ki, hər birimizdə təbiəti mühafizə etmək istəyi mövcuddur. Biz bu hisslə dünyaya gəlirik, ancaq vaxt keçdikcə bunu unuduruq. Bu sərgi bizə ayaq saxlamağı, dərindən nəfəs almağı, təbiəti və həyatı hiss etməyi bir daha xatırladır. Uşaqlar təkcə bizim gələcəyimiz deyil, onlar, həmçinin bizim bu günümüzdür. Yalnız uşaqlar bu günlə yaşamağı bacarırlar”.
Layihənin təşəbbüskarı, tanınmış fotoqraf Reza Deqati deyib ki, bu sərginin məqsədi balacaların gözü ilə dünyanın diqqətini təbiətə, onu sevməyə və qorumağa yönəltməkdir. Müsabiqə ikinci dəfədir təşkil olunur. “Biz Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu mövzuya müraciət etdik. Qısa zamanda dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə uşaq bu təşəbbüsə qoşuldu. Uşaqlar öz fotoları ilə təbiəti sevdiklərini və onu qorumağın vacib olduğunu hər kəsin bir daha diqqətinə çatdırırlar”, - deyən R.Deqati əlavə edib ki, 60 ilə yaxındır bu sənətlə məşğul olmasına baxmayaraq, azyaşlı uşaqların təbiət mövzusunda çəkdikləri fotoşəkillər onu heyrətləndirib. “Biz bu şəkilləri böyüklərə göstərdik ki, görsünlər uşaqlar nə deyirlər. Gəlin uşaqlarının sözlərinə baxaq. Çünki onlar hamını təbiəti sevməyə və qorumağa çağırır. İnanıram ki, hər kəs onların bu çağırışına həssaslıqla yanaşacaq”, - deyə o bildirib. Tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu vurğulayan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva qeyd edib: “Biz buraya gənclərə və körpələrə sağlam planeti necə təmin etmək öhdəliyimizi müzakirə etmək üçün toplaşmışıq. IDEA İctimai Birliyi ilə uşaqların, eyni zamanda, BMT-in dostu olan Rezanın iştirakı ilə bu birgə səylərin bir hissəsi olmaqdan çox məmnunam”.
Müsabiqənin münsiflər heyətinin üzvlərindən biri olmağın qürurverici olduğunu söyləyən COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova bildirib: “Uşaqlara, gənclərə, böyüklərə müraciət edirik ki, həmişə təbiəti sevsinlər və onu çirkləndirməkdən çəkinsinlər. Biz yaşıl dünyanı miras qoymaq istəyirik və uşaqlarımızın indi yaşadığımızdan daha davamlı, daha yaşıl dünyada yaşamalarını diləyirik”.
Çıxışlardan sonra fotomüsabiqədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub.
Sonra iştirakçılar “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqə çərçivəsində təşkil olunmuş sərgiyə baxıblar. Sərgidə müsabiqə qaliblərinin və digər iştirakçıların əsərləri nümayiş etdirilib.
Qeyd edək ki, oktyabrın 11-dən noyabrın 2-dək 18 yaşadək uşaqlar və yeniyetmələr arasında keçirilən fotomüsabiqənin məqsədi iqlim məsələləri ilə bağlı məlumatlılığı artırmaq, eyni zamanda gəncləri təbiətin gözəlliyi, çirklənmə və iqlim dəyişmələrinin yaratdığı problemlərlə bağlı öz baxışlarını bölüşməyə dəvət etməkdir.
“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altında keçirilən və 3000-dək fotonun təqdim olunduğu müsabiqədə ümumilikdə 14 namizəd mükafatlandırılıb.
10-18 yaş kateqoriyası üzrə Filippin, Şri-Lanka və Maltadan olan üç namizəd müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq görülüb. Eyni kateqoriya üzrə Banqladeş, Böyük Britaniya, İran, İrlandiya və Myanmardan olan 5 fotoqrafa isə yaradıcı və düşündürücü fotoşəkillərinə görə fəxri mükafatlar təqdim edilib.
10 yaşadək kateqoriya üzrə isə Fransa, İran, İsveçrə və Türkiyədən olan beş finalçı mükəmməl təqdimatlarına görə Azərbaycandan olan fotoqraf isə ev sahibi kateqoriyasında münsiflər heyəti, “Reza Visual Academy”, “Degati Agency” və “Webistan” təşkilatları tərəfindən xüsusi mükafatlara layiq görülüblər.
Müsabiqəyə Azərbaycanla yanaşı, 50 ölkədən - ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Danimarka, Fransa, İsveçrə, İtaliya, Kanada, Norveç və digər ölkələrdən iştirakçılar qatılıb. Namizədlərin müsabiqəyə təqdim etdikləri fotolar iqlim dəyişmələri ilə bağlı məlumatlılığın artırılması, problemin həll yollarının vurğulanması və planetimizi qorumaq naminə məsuliyyət hissini bölüşmək kimi mövzuları əhatə edib.
- 15:43 Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb
- 14:05 Şuşaya həsr olunmuş elektron məlumat bazasının təqdimatı olub
- 14:02 AYB-dən “Yaşıl dünya naminə həmrəylik ili”nə dəyərli töhfə
- 10:56 Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda videoçarxın təqdimatı keçirilib
- 09:22 Azərbaycanlı dirijor Latviyada uğurla çıxış edib
- 09:15 Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
- 09:05 Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” fotosərgisi açılıb
- 16:07 Gənclər Kitabxanasında məktəblilər üçün oxu saatı təşkil olunub
- 16:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər
- 15:48 Özbəkistanda Maqsud Şeyxzadəyə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
- 14:58 Mədəniyyət naziri İordaniya şahzadəsi ilə görüşüb
- 14:33 ICOM-un baş direktoru Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib
- 12:59 Azərbaycan Qazaxıstanda “Avrasiya” beynəlxalq kino festivalında təmsil olunacaq
- 11:45 Görkəmli xalçaçı rəssam Lətif Kərimovun xatirəsi anılıb
- 11:27 Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
- 09:14 Azərbaycan musiqiçiləri Astanada mahnı festivalında çıxış ediblər
- 13:10 17 Noyabr-Milli Dirçəliş Günüdür
- 16:51 Beynəlxalq Muzeylər Şurası ilə əməkdaşlıq məsələləri müzakirə olunub
- 14:19 Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
- 11:51 Milli Dirçəliş Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb
- 11:32 Milli Kitabxanada Beynəlxalq Tolerantlıq Günü münasibətilə sərgi açılıb
- 10:46 Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
- 09:37 COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
- 09:36 Bakıdakı Rus evində “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” layihəsi keçiriləcək
- 17:14 Beynəlxalq Muğam Mərkəzində növbəti konsert aşıq musiqisinə həsr olunub
- 16:49 COP29 çərçivəsində “YARAT”ın təqdimatında sərgi və simpozium təşkil olunub
- 16:33 Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
- 16:00 “Məhəmmədəli Mənafzada Sabit. Xatirat” kitabı çapdan çıxıb
- 15:19 Qırğızıstanın incəsənət ustaları Bakıda çıxış ediblər
- 14:34 Azərbaycanlı dizayner Ankarada mükafata layiq görülüb
- 11:36 “Gül bağçası” – məktəbyaşlı uşaqlar üçün yeni nəşr
- 10:38 Azərbaycan Dövlət Akademik Musiqili Teatrı beynəlxalq festivaldan uğurla qayıdıb
- 10:36 Bu gün Xalq artisti Xumar Zülfüqarovanın doğum günüdür
- 09:19 Amsterdamda Firəngiz Əlizadənin əsərinin premyerası olub
- 16:41 Şüvəlan qəsəbə Mədəniyyət evində “Atanın şikayəti ” adlı tamaşa təqdim olunub
- 14:56 “Heydər Əliyev – hüquqi dövlətin qurulmasında Konstitusiyanın əhəmiyyəti” adlı mühazirə oxunub
- 14:33 24 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 14:14 COP29-un qonaqlarına “Oyanış” adlı konsert-tamaşa təqdim edilib
- 12:28 "Qarabağ Zəfəri" adlı tədbir keçirilib
- 12:02 5 nömrəli Uşaq İncəsənət Məktəbində Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib
- 11:44 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 11:25 Qaradağ rayon MKS-də Korrupsiyaya qarşı mübarizə ilə bağlı dəyirmi masa keçirilib
- 10:01 Azərbaycanın tarixi-mədəni irsi COP29-da təbliğ olunur
- 09:35 “Azərbaycan kəlağayısı günü” münasibətilə konsert təşkil olunacaq
- 09:31 Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərginin təqdimatı olub
- 12:53 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
- 10:41 Zəfər Gününə həsr olunmuş konsert keçirilib
- 10:24 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
- 10:35 Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində Zəfər Günü qeyd olunub
- 16:24 Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Haqqın Zəfəri” adlı tədbir keçirilib
- 16:15 “2 əsrin 44 günlük zəfəri” adlı tədbir keçirilib
- 16:11 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 16:07 “Zəfərin sevincini yaşayırıq” adlı tədbir keçirilib
- 15:06 Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub
- 15:05 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
- 14:56 Tarixi Zəfərə həsr edilmiş silsilə kitabların təqdimatı olub
- 11:58 Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
- 11:45 "Zəfər bizimdir" adlı tədbir keçirilib
- 11:41 Musiqi Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 11:33 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib