Xəbər verdiyimiz kimi, noyabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşü keçirilib. Görüş COP28, COP29 və COP30-un sədrliklərini müvafiq olaraq təmsil edən Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın COP Sədrlikləri Üçlüyünün rəhbərliyi ilə gerçəkləşib.
Tədbirdə bir sıra ölkələrin mədəniyyət nazirləri və iştirakçı qurumların nümayəndələri iştirak ediblər. Tədbirin sonunda Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub. Sənəddə Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun yaradılmasından ötən bir il ərzində mədəniyyət və iqlim əlaqəsində əldə olunan mühüm irəliləyiş qeyd edilir. İqlim dəyişikliyinin bütün formalarının mədəni irsə artan çoxşaxəli təsirini, eləcə də iqlim dəyişikliyinin müəyyən bölgələrə və həssas qruplara qeyri-mütənasib təsiri vurğulanır və dərin narahatlıq ifadə edilir.
Bildirilir ki, COP29-un Mədəniyyət Üçlüyü tərəfindən müəyyən edilmiş strategiyanın aktuallığı qəbul olunaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (UNFCCC) Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə ilk iş planının təsdiq edilməsi istiqamətində işləməyə davam edəcəklər. Bu məqsədlə iqlim dəyişikliyinin təsirlərinin azaldılması və uyğunlaşması, həm də davranış dəyişikliyi baxımından iqlim fəaliyyəti üçün mədəniyyətin ayrılmaz roluna, mədəni və yaradıcı sektorların ekoloji keçidinin dəstəklənməsinin vacibliyi vurğulanır. Kommunikedə 2022-ci il MONDIACULT Bəyannaməsi və 2024-cü il G20 Salvador da Bahia Bəyannaməsi kimi beynəlxalq normativ sənədlərdə təsbit olunmuş öhdəliklərin yerinə yetirilməsinə çalışaraq COP29-un Mədəniyyət Üçlüyü üzv dövlətlərinin aşağıdakı müddəalara sadiq qaldıqları vurğulanır: 1) Milli uyğunlaşma planları və milli müəyyən edilmiş töhfələr də daxil olmaqla, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və uyğunlaşmasına dair siyasət və strategiyalara mədəniyyətin daha da inteqrasiya edilməsi; 2) Nazirlərarası əməkdaşlığın gücləndirilməsi də daxil olmaqla, milli səviyyədə sektorlararası siyasətin formalaşdırılmasının təşviq edilməsi; 3) Davranış dəyişikliyinin və dayanıqlı istehsal və istehlak nümunələrinin təşviqi üçün mədəniyyət sektorunun transformativ potensialından istifadə edilməsi; 4) Mədəniyyət və iqlim dəyişikliyi sahəsində bilik quruculuğuna və məlumatların toplanmasına investisiya qoyulması; 5) Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti və COP-da daimi iş mexanizminin saxlanılması ilə bağlı strukturlaşdırılmış dialoqun və əlaqələndirilmiş təbliğatın təşviq edilməsi; 6) Həmrəylik və inklüzivlik dəyərlərinə əsaslanaraq, Cənub-Cənub və Şimal-Cənub əməkdaşlığı da daxil olmaqla, mədəniyyət və iqlim fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın təşviq edilməsi; 7) Mədəniyyətin 2030-cu ildən sonrakı dayanıqlı inkişafın təşviqi yollarına dair gələcək müzakirələrdə müstəqil məqsəd kimi daxil edilməsinə dəstəyin artırılması, mədəniyyətin dayanıqlı inkişaf üçün transformativ vasitəçi və hərəkətverici qüvvə kimi gücünün tanınması. Sənəddə həmçinin COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünə ev sahibliyi etdiyi üçün Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür ifadə edilir və mədəniyyətin iqlim fəaliyyətinin bir hissəsinə çevrilməsi üçün davam edən səylərə töhfə verən "İqlim üçün mədəniyyət" (C4C) təşəbbüsünün irəli sürülməsi məmnuniyyətlə qarşılanır. Kommunikedə mədəniyyət-iqlim əlaqəsi ilə bağlı yeni inkişafları və problemləri qiymətləndirmək üçün 2025-ci ildə Braziliyanın sədrliyi ilə keçiriləcək COP30-da yenidən toplaşmaq barədə razılığa gəlindiyi bildirilir.
Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşündə qəbul edilən kommunike barədə daha ətraflı məlumatla aşağıdakı linkə keçid etməklə tanış ola bilərsiniz.
- 10:16 Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
- 09:32 Milli Kitabxana beynəlxalq konfransda ölkəmizi təmsil edib
- 09:30 Bülbülün Memorial Muzeyində “Təbiətin rəngi” adlı sərgi açılıb
- 15:51 Muğam Mərkəzində 7 əsərin dünya premyerası olacaq
- 14:05 “Şuşa Qarabağın incisi” elektron məlumat bazasının təqdimatı olub
- 14:04 Azərbaycan 21-ci Ankara Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq
- 11:38 COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
- 11:13 Ağdam Şəhəri Günü ilə bağlı virtual sərgi istifadəçilərə təqdim edilib
- 11:11 Xalq yazıçısı İlyas Əfəndiyev haqqında yeni monoqrafiya çap olunub
- 10:53 Ağdam Şəhəri Günü ilə əlaqədar məlumat bülleteni hazırlanıb
- 09:28 20 noyabr -Ağdam şəhəri günüdür
- 09:10 “İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
- 15:43 Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb
- 14:05 Şuşaya həsr olunmuş elektron məlumat bazasının təqdimatı olub
- 14:02 AYB-dən “Yaşıl dünya naminə həmrəylik ili”nə dəyərli töhfə
- 10:56 Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda videoçarxın təqdimatı keçirilib
- 09:22 Azərbaycanlı dirijor Latviyada uğurla çıxış edib
- 09:15 Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
- 09:05 Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” fotosərgisi açılıb
- 16:07 Gənclər Kitabxanasında məktəblilər üçün oxu saatı təşkil olunub
- 16:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər
- 15:48 Özbəkistanda Maqsud Şeyxzadəyə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
- 14:58 Mədəniyyət naziri İordaniya şahzadəsi ilə görüşüb
- 14:33 ICOM-un baş direktoru Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib
- 12:59 Azərbaycan Qazaxıstanda “Avrasiya” beynəlxalq kino festivalında təmsil olunacaq
- 11:45 Görkəmli xalçaçı rəssam Lətif Kərimovun xatirəsi anılıb
- 11:27 Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
- 09:14 Azərbaycan musiqiçiləri Astanada mahnı festivalında çıxış ediblər
- 13:10 17 Noyabr-Milli Dirçəliş Günüdür
- 16:51 Beynəlxalq Muzeylər Şurası ilə əməkdaşlıq məsələləri müzakirə olunub
- 14:19 Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
- 11:51 Milli Dirçəliş Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb
- 11:32 Milli Kitabxanada Beynəlxalq Tolerantlıq Günü münasibətilə sərgi açılıb
- 10:46 Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
- 09:37 COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
- 09:36 Bakıdakı Rus evində “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” layihəsi keçiriləcək
- 17:14 Beynəlxalq Muğam Mərkəzində növbəti konsert aşıq musiqisinə həsr olunub
- 16:49 COP29 çərçivəsində “YARAT”ın təqdimatında sərgi və simpozium təşkil olunub
- 16:33 Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
- 16:00 “Məhəmmədəli Mənafzada Sabit. Xatirat” kitabı çapdan çıxıb
- 15:19 Qırğızıstanın incəsənət ustaları Bakıda çıxış ediblər
- 14:34 Azərbaycanlı dizayner Ankarada mükafata layiq görülüb
- 11:36 “Gül bağçası” – məktəbyaşlı uşaqlar üçün yeni nəşr
- 10:38 Azərbaycan Dövlət Akademik Musiqili Teatrı beynəlxalq festivaldan uğurla qayıdıb
- 10:36 Bu gün Xalq artisti Xumar Zülfüqarovanın doğum günüdür
- 09:19 Amsterdamda Firəngiz Əlizadənin əsərinin premyerası olub
- 16:41 Şüvəlan qəsəbə Mədəniyyət evində “Atanın şikayəti ” adlı tamaşa təqdim olunub
- 14:56 “Heydər Əliyev – hüquqi dövlətin qurulmasında Konstitusiyanın əhəmiyyəti” adlı mühazirə oxunub
- 14:33 24 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 14:14 COP29-un qonaqlarına “Oyanış” adlı konsert-tamaşa təqdim edilib
- 12:28 "Qarabağ Zəfəri" adlı tədbir keçirilib
- 12:02 5 nömrəli Uşaq İncəsənət Məktəbində Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib
- 11:44 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 11:25 Qaradağ rayon MKS-də Korrupsiyaya qarşı mübarizə ilə bağlı dəyirmi masa keçirilib
- 10:01 Azərbaycanın tarixi-mədəni irsi COP29-da təbliğ olunur
- 09:35 “Azərbaycan kəlağayısı günü” münasibətilə konsert təşkil olunacaq
- 09:31 Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərginin təqdimatı olub
- 12:53 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
- 10:41 Zəfər Gününə həsr olunmuş konsert keçirilib
- 10:24 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür