XƏBƏRLƏR
MƏLUMAT
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/11/2024 09:10

Bakıda davam edən COP29 çərçivəsində noyabrın 19-da "İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib.

Sessiya Heydər Əliyev Fondu, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, ICESCO və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Diqqətə çatdırılıb ki, son zamanlar aidiyyəti dövlət qurumları və müvafiq QHT-lər daxil olmaqla, üzvlərinin sayı artan Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun aktiv fəaliyyəti COP29 zamanı özünü daha çox göstərib. COP29 çərçivəsində noyabrın 15-də keçirilən Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşündə adıçəkilən qrupun işi üçün texniki tapşırığın uğurla qəbul edilməsi vacib nəticələrdən biridir.

Müzakirələr zamanı o da bildirilib ki, COP-a sədrliyi dövründə Azərbaycan hökuməti ətraf mühitə münasibətdə insan davranışlarının dəyişdirilməsi imkanlarına malik innovativ mədəniyyət layihələrinin aktiv təbliğatı, araşdırma və dialoqlar üçün yeni platforma olan "İqlim üçün mədəniyyət" təşəbbüsünü irəli sürməklə iqlim debatında mədəniyyətin səsinin yüksəldilməsi səylərinə əhəmiyyətli dəstək göstərib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.

Baxış sayı: 54