XƏBƏRLƏR
MƏLUMAT
Ağdam Şəhəri Günü ilə əlaqədar məlumat bülleteni hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
20/11/2024 10:53

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən 20 Noyabr - Ağdam Şəhəri Günü ilə bağlı məlumat bülleteni hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materialda bir sıra rəsmi sənədlər yer alır. “Ağdam: düşmən gözünə daman ağ” başlığı altında Ağdam rayonunun yaranma tarixi, gözəl təbiəti, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları - tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, mənfur düşmən tərəfindən Ağdamın “ruhlar şəhəri”nə çevrilməsi haqqında məlumat verilir. Bülletendə Azərbaycanın əzəli torpağı olan Ağdam şəhərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarıldığı vurğulanır. Məlumat bülletenində bu gün Ağdam şəhərində aparılan bərpa-quruculuq işlərindən, yeni infrastrukturun qurulması, yaşayış məhəllələrinin salınması, sənaye parkları, aqroparkların yaradılmasından bəhs edilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən materialda “Xilaskarlar”, “Zəfər salnaməsi” “Qarabağın tarixindən səhifələr”, “Ağdam kəndi - Qəhrəmanlar diyarı”, “Vətən kitabı”, “Vətən bizə oğul dedi”, “Xıdırlıda qalan günlər”, “Ağdam rayonu dialektlərinin toplanılması və linqvistik təhlili” kimi 10-dan çox kitabın biblioqrafik təsviri ilə yanaşı, qısa annotasiyası və 2020-2024-cü illəri əhatə edən dövrü mətbuat nümunələri yer alır.

Baxış sayı: 42